Riçard Almeyda: "Bunu etsəydik, deyəcəkdiniz ki, həmin ki, “Qarabağ” idi" - MÜSAHİBƏ

14.08.2019 | 495 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün futbol elədir ki, ani diqqətsizlik olanda rəqib səni cəzalandırır. Biz də əlimizə düşən imkanları qola çevirsəydik, bəlkə də, fərqli olardı. Başımızı dik saxlamalı, irəli baxmalıyıq.

- Nikosiyada 90+5-də buraxılan qol nəticəyə nə dərəcədə təsir etdi?

-  Yox, orada da ani diqqətsizlikdən buraxmışdıq. Bu gün də diqqətsizlik oldu. Zubirin, mənim, Slavçevin qol epizodları oldu, yararlana bilmədik. Uduzmağı da bacarmaq lazımdır. APOEL-i qələbə münasibətilə təbrik etməliyik.

- Slavçev nə etsin ki, qol vura bilsin?

- Bunun üçün baş məşqçimiz var. O, hamımıza eyni gözlə baxır. Kiməsə futbolu öyrədən məşqçidir. Məyusuq, bu qədər azarkeş gəlmişdi. İstəyirdik ki, onları sevindirək. Bu gün çox möhtəşəm idilər. Əlimizdə imkan var ki, Avropa Liqasının qrupuna düşək. Ümid edirəm ki, “Neftçi” də İsraildə “Bney Yehuda” səddini keçəcək. Avropa Liqasının qruplarında ölkəmizi təmsil etmək istəyirik.

- Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?

- Bunun üçün çox təcrübəli baş məşqçimiz, təcrübəli futbolçularımız var. Bu, ilk məğlubiyyət deyil. Ötən il də BATE-yə uduzmuşduq. Yığıldıq, toparlandıq. Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır. Eniş-yoxuşlar olur, bunların öhdəsindən gəlməyi bacarmalıyıq.

- Bu gün “Qarabağ” özünə bənzəmirdi. Sırf nəticə üçün oynamaq mümkünolmazdı?

- Bizim oyun fəlsəfəmiz var. Bu gün meydanda hansı tərəf yaxşı idi? Çatışmayan cəhət qol idi. Bunu etsəydik, deyəcəkdiniz ki, həmin ki, “Qarabağ” idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi