"Məndə forma dəyişmək söhbəti yoxdur" - Bəhlul Mustafazadə

07.09.2019 | 6121 dəfə oxunub

Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyunundan sonra  müsahibə verib.

Stadium.az xəbər verir ki, 22 yaşlı futbolçu yığmadakı debütü ilə bağlı danışıb: - Debütümü normal qiymətləndirirəm. Təkcə mən yox, bütün komanda yaxşı çıxış etdi. Görünür, hamımız yaxşı oynadığımız üçün mənim də çıxışım nəzərə çarpıb. Təəssüf ki, məğlub olduq. Daha yaxşı çıxış edə bilərdik.

- Uels kimi komandaya qarşı oynadınız. Qarşınızda Qaret Beyl kimi futbolçu olduğu üçün həyəcanlanmırdınız ki?

- Bütün səmimiyyətimlə deyirəm, Azərbaycan çempionatında daha çox həyəcanlı olurdum, nəinki bu gün. Heç bir həyəcan yox idi.

- İtiriləsi bir şey olmadığı üçün həyəcan yox idi?

- Xeyr. Meydana çıxdım, atmosferi gördüm və bundan çox zövq aldım. Oyunun bitməsini istəmirdim. Səhərə kimi davam etsə, oynayardım.

- İki qəribə qolla uduzduq. Bu gün bəxtimizin də gətirmədiyini deyə bilərik?

- Əlbəttə, buraxdığımız qollarda bəxtsizlik görünür. Rəqibin çox sayda qol şansı olmadı. İki kuryoz qolla uduzduq. Rəqibi analiz edərkən "ikinci mərtəbədə" yaxşı oynayan futbolçularına baxmışdıq. Buna uyğun bir şeylər etməyə çalışdıq.

- Bir ara karyeranı Şotlandiyanın "Reyncers" və "Seltik" komandalarında davam etdirmək variantının olduğu barədə xəbərlər çıxmışdı, amma sonra təsdiqini tapmadı. Bu oyunun özünüzü britaniyalılara göstərmək üçün yaxşı şans olduğunu düşünmürsünüz ki?

- Əlbəttə, niyə də olmasın?!Hədəfim daha böyük klublara getmək, Avropada oynamaqdır. Ancaq bir matç heç nə demək deyil. Bu, davamlı olmalıdır ki, nəticə də gəlsin.

- Beyl qələbə qolunu vursa da, meydanda elə də çox diqqət çəkmirdi. Baş məşqçi onu tutmaqla bağlı konkret tapşırıq vermişdi?

- Baş məşqçi deməsə belə, hamımız Beyli tanıyırıq. Top onda olanda nələr edə biləcəyini az-çox bilirik və daha diqqətli oluruq. Rəqibin iki daha təhlükəli oyunçusu vardı. Biri Beyl idi, digəri Daniel Ceyms. Maksimum diqqətli olmağa çalışırdıq.

- Final fitindən sonra oyunçularımız forma dəyişmək üçün Beylə və rəqibin digər futbolçularına yaxınlaşırdılar. Siz kiminlə mübadilə etdiniz?

- Məndə forma dəyişmək söhbəti yoxdur.

- Sentyabrın 9-da Xorvatiya yığması ilə Bakıdakı oyunda da start heyətində yer alacağınızı düşünürsünüz?

- Bu, baş məşqçinin qərarıdır. Hansı taktikanı seçəcəyindən asılıdır, bir söz deyə bilmərəm. Müsbət nəticə qazanmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail