Rail Məlikov: ”Bizə başağrısı olan komanda “İnter”di” - MÜSAHİBƏ

08.02.2012 | 5865 dəfə oxunub


“Neftçi” klubunun kapitanı Rail Məlikovun “Stadium.az” saytına müsahibəsi:

- Komandanızın toplanışı necə keçdi?

- Mənə elə gəlir çox ağır məşqlər keçdik. Bu da çempionata ciddi hazırlaşmağımızla bağlıdır. Toplnaşın bəhrəsini məncə elə turnirdə gördük.

- Amma turnirə qədərki yoldaşlıq oyunlarında elə də yaxşı oynamırdız...

- Çünki onda oplanışa yeni başlamışdıq. Daha çox topsuz məşqlər edirdik. Daha sonrasında keçirilən yoldaşlıq oyunlarında da oyunumuzu tapmamışdıq. Həm də məşqlər ağır idi. Əvvəl məşq edib sonra oyuna çıxırdıqsa, turnir başlayandan ağır məşqlər bitdi. Ancaq oyuna hazırlaşırdıq. Amma “Əhməd Kadırov” turnirində ancaq oyuna hazırlaşırdıq.

- Turniri “Neftçi” üçün necə qiymətləndirirsən?

- Məncə normal keçdi. Biz yalnız çempion olan komandaya uduzduq. “Metallist” dünya səviyyəli komandadır. Bu komanda ilə oyunu nəzərə almasaq, yüz faizlik nəticə göstərdik.

- Çempion “Metallist” olsa da, ən çox qol vuran komanda “Neftçi” oldu...

- Bu da onu göstərir ki, bizim toplanışımız düzgün istiqamətdə gedib. Daha çox qol vurmaq yaxşı hazırlığın nəticəsidir.

- Komandanızda heyətlə bağlı ciddi problemləriniz vardı. Amma heç hiss etdirmədiz onların yoxluğunu...

- Bununla da göstərmiş olduq ki, bizdə səviyyə baxımından kimsə kimisə fərqli şəkildə üstələmir. Yəni hamımız bərabər səviyyəli futbolçularıq. Komanda elə formalaşdırılıb ki, bu baxımdan problemimiz yoxdur.

- Səncə komandanızın güclənməsinə ehtiyac var?

- Məncə hələlik yox. Amma bəlkə də ola bilər. Bunu mənum deməyim düzgün çıxmaz. Çünki bu məsləyə klub rəhbərliyi və baş məşqçi cavabdehdi, biz futbolçular yox. Bunu ona görə deyirəm ki, bizim komana tam oturuşmuş heyətə malikdi.

- Heyətə əvəzedici komandadan cəlb edilən yeniyetmələrin çıxışını necə qiymətləndirirsən?

- Bir daha sübut olunur ki, “Neftçi” məktəbi həqiqətən çox güclüdür. Bunu heyətə cəlb olunan siz dediyiniz heniyetmələr oyunları ilə göstərdilər. Onların çıxışı deməyə əsas verir ki, gələcəkdə komandamız yerli futbolçu baxımından problem yaşamayacaq. Onlar özlərini yaxşı tərəfdən göstərdikləri üçün, başqa klubların da maraq dairəsinə düşdülər.

- Futbol ictimaiyyəti və mətbuat həmişə Böyükağa Hacıyevi qınaq obyetinə çevirir. Hacıyevin barəsində sən nə fikirdəsən?

- Böyükağa müəəlimlə mən “Bakı”da bie yerdə işləyib çempionluq qazanmışıq. Yəni mənə yad insan deyil. O gələndən də, koamda daha baxımlı futbol göstərir və hazırda birinci yerdəyik. Məncə bizə çox faydası olacaq.

- Oyun taktikasında problemi olmur futbolçularla?

- Yeni gələndə olurdu. Çünki bundan qabaqkı baş məşqçimiz Arif Əsədovla müqayisədə, Böyükağa Hacıyev komandanı fərqli sistemlə oynatmağa başladı. Amma sonradan hər şey qaydasına düşdü.

- Yenə də çempion ola biləcəksiz?

- Əminəm ki, yenə də çempion biz olacağıq.

- Necə düşünürsən, “Neftçi” ölkədə ən güclüdür?

- Bəli, “Neftçi” ən güclüdür. Amma rəqabət aparan komandalar var. Amma bir məsələ də var ki, hər futbolçu üçün onun komandası digərlərindən güclüdür.

-   Hansı komandaların sona qədər çempionluq uğrunda oynayacağını düşünürsən?

- Bizimlə yanaşı “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ”ın. Amma bizə başağrısı olan komanda “İnter”di. Çalışacağıq onlardan revanş alaq.

Ümid BABA




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail