Gerye: "Qarabağ”la razılaşmışdıq ki, müqavilə bağlayacam"

16.09.2019 | 733 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzan “Neftçi”nin futbolçusu Vild-Donald Gerye müsahibə verib. 30 yaşlı haitili cinah futbolçusu sabiq komandasına qarşı keçirdiyi oyunu şərh edib:

– Bu gün heç-heçəyə nail ola bilərdik. Şanslarımız oldu. “Qarabağ” çox yaxşı komandadır. Biz uduzduq. Yəqin ki, hesab oyuna görə oldu. Futbolda belə hallar olur. Növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağıq.

– Hiss olunurdu ki, qol vurmaq istəyirsən. Bir neçə real şansın oldu. Özünü “Qarabağ”a sübut etmək istəyirdin?

– “Qarabağ”da məni tanıyırlar. Özümü kiməsə sübut etmək istəmirdim. “Qarabağ”da futbolçular və azarkeşlər məni tanıyır. Öz oyunumu göstərməyə çalışırdım. Komandama xeyir vermək istəyirdim.

– “Qarabağ”dan çox pul istədiyin üçün müqaviləni uzatmadığın barədə xəbərlər yayılmışdı. Haiti mətbuatı sənin “Qarabağ”a kin saxladığını yazıb.

– Hər şey mənim e-mailimdə var. “Qarabağ”la razılaşmışdıq ki, müqavilə bağlayacam. Danışdıq ki, maaşın yarısını iyulun beşinə kimi verəcəklər. Mən iyulun 5-də hesabımda pul olmadığını gördüm. Dedilər ki, 10-na qədər gözlə. Onlar qabaqcadan pul verməyiblər. Məndən tələb etmişdilər ki, bir oyun keçir, maaşın yarısını verəcəyik. Bunu istəmədim, çünki sərf etmirdi. Razılıq əldə edilmədi. Əgər istəsələr, hər şeyi sübut edə bilərəm. E-mailimdə var hər bir şey.

– Maraqlıdır, niyə “Neftçi”yə keçdin? Başqa variantların yox idi?

– Türkiyə və Fransada oynamaq variantım var idi. “Dənizlispor”a keçmək ehtimalım var idi. Mən “Neftçi”ni seçdim. Bu komandanın işə yanaşması məni qane etdi.

– Soni Norde “Zirə”yə keçəndə səviyyəsindən aşağı kluba keçdiyini yazmışdın. Bunu hansı mənada qeyd etmişdin?

– Norde yaxın dostumdur. Onunla Haitinin U-17, U-19 komandalarında oynamışam. Uşaqlıq dostumdur. Hər gün danışırıq. 24 saat söhbətimiz olur. O, Azərbaycana gəlmək istədiyini dedi. Mən də ona bildirdim ki, Azərbaycanda ən yaxşı klublar “Qarabağ” və “Neftçi”dir. “Zirə”, “Neftçi” və başqa kluba keçmək ehtimalının olduğunu dedi. Mən də dedim ki, əgər belədirsə, “Neftçi”ni seç. Bildirdim ki, “Neftçi” variantın varsa, amma “Zirə”yə keçirsənsə, sənin səviyyənə uyğun deyil. Bunu nəzərdə tuturdum. Cəmiyyət bunu başqa cür anladı. Mən necə bura pis deyə bilərəm ki, özüm Azərbaycan çempionatında çıxış edirəm. Bu oyunçunun yüksək səviyyəsi var. Mən də ona görə elə şərh yazmışdım. Heç kəsə nəsə sübut etmək istəmirəm. Mənim öz ürəyim var. Mən sizə, siz də mənə hörmətlə yanaşırsınız.

– “Qarabağ”da çempion olmusan. “Neftçi”də bu daha çətindir. Bunu bacaracağına inanırsan?

– Mümkünsüz bir şey yoxdur. Düzdür, xal fərqi çoxdur. Amma çempionatın böyük hissəsi qarşıdadır. Əgər döyüşsək, çox çalışsaq, hər şey real ola bilər. Siz jurnalist olmaq istəyinizə çatmısınız. Biz də istəyimizə çatmaq üçün mübarizə aparacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.10.2019

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

10:14  "Araz" üçün şok itki - 4 futzalçıya viza verilmədi

08.10.2019

19:17  "Azərsun arena"da son durum FOTOLENT

07.10.2019

14:09  "Qarabağ" - "Sabah" - FOTOLENT

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi