Asmir Beqoviç: "Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq" - MÜSAHİBƏ

16.09.2019 | 6201 dəfə oxunub

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Premyer Liqanın IV turunda "Neftçi"ni məğlub etdikləri (2:0) oyundan sonra brifinq keçirib. Stadium.Az xəbər verir ki, 32 yaşlı qolkiper öncə qarşılaşma ilə bağlı danışıb.

- Böyük gecə idi. Komandamız üçün önəmli matç oldu. Vacib olan üç xal idi və bunu da qazana bildik.

- Azərbaycana adlı-sanlı futbolçunu gətirməyin müşkül olduğu deyilir. Sizi bura necə gətirə bildilər?

- Son illər “Qarabağ” barədə xoş sözlər eşitmişdim. Avropada göstərdiyi nəticələrdən məlumatlıyam. Ümumiyyətlə, “Qarabağ”dan ancaq müsbət sözlər eşitmişdim. Qərar vermək ona görə də çətin olmadı. Burda insanlar xoş münasibət göstərir. Elə komanda yoldaşlarımla da isti münasibətim var. Şadam ki, belə bir qərar vermişəm.

- “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Çətinlik hiss etdiniz?

- Futbola baxıram, izləyirəm. “Neftçi”nin böyük ənənələrinin olduğunu bilirəm. Azərbaycan üçün vacib komandadır. Bu gün bizim hədəfimiz qələbə idi və qalib gəldik.

- “Qarabağ”da hədəfləriniz nədir?

- Yanvara qədər müqaviləm var. Hədəfim komandaya mümkün olduğu qədər kömək etməkdir. Qarşıda bizi “Sevilya” ilə oyun gözləyir.

- Əgər “Qarabağ” qrup mərhələsini adlamasa, komandadan gedəcəksiniz?

- Bu barədə nəsə demək çətindir. Oyundan oyuna düşünürəm.

- Avropa Liqasındakı şansları necə dəyərləndirirsiniz?

- Yaxşı komandamız var. Rəqiblərimiz də güclüdür. Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail