Tərlan Əhmədov: "Gecə-gündüz Allaha yalvarıram ki, onlara heç nə olmasın" - MÜSAHİBƏ

02.11.2019 | 5740 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Səbail”lə oyundan (0:0) sonra  mətbuat konfransı keçirib:

- Açığı, hava şəraitinə görə meydanda futbol adına yaxşı nəsə görəcəyimizə elə də inam yox idi. Oyunçularıma sadəcə, mübarizə aparmaq lazım olduğunu bildirmişdim. Kim səhv etsəydi, kim qol vursaydı, bu, həlledici olacaqdı. Düzgün oynamaq lazım idi. Etiraf edim ki, “Səbail” bu gün daha istəkli idi, daha aqressiv görünürdü. Fikrimcə, bu cür havada belə nəticəni qənaətbəxş saymaq olar.
 
- Bu stadionda 3 oyuna 5 xal qazanmısınız. Bunu qənaətbəxş hesab etmək olar?

- Təbii ki, daha artığına nail ola bilərdik. Amma bu nəticə də qənaətbəxş sayıla bilər. Çünki əksər oyunlarımız səfərdə olur.
 
- Bu gün paraqvaylı legionerlərinizin oyunu alınmadı. Həm Sezar Meza Kolli, həm də Lorenso Frutos zəif təsir bağışladılar...

- Sezar çox texnikalı futbolçudur. Amma tək o yox, digərləri də istədiyimiz oyunu nümayiş etdirə bilmədilər. Bəlkə də Lorenso Azərbaycanda belə hava şətaiti ilə ilk dəfə üzləşir. Eləcə də Flores. Onlar üçün belə küləyin olması təəccüblüdür. Gələcəyə ümidlə baxmalıyıq. Getdikcə hava şəraiti daha sərt olacaq. Kuboku da nəzər alsaq, qış fasiləsinədək hələ 6 oyun var. Belə hava şəraitinə ilk növbədə psixoloji cəhətdən hazır olmalıyıq.
 
- Ehtiyat oyunçular skamyanız elə də geniş deyil. Qış fasiləsinə qədər heyətlə bağlı ciddi problemlə üzləşəcəyinizdən qorxmursunuz?

- 12 aparıcı futbolçumuz var. Gecə-gündüz Allaha yalvarıram ki, onlara heç nə olmasın. İstər-istəməz qalan 6 oyunda hər şey baş verə bilər. Hətta indi oyunu gücləndirəcək futbolçu tapmaqda çətinlik çəkirik. Bu üzdən qış fasiləsində mütləq heyətə bir neçə yeni futbolçu cəlb etməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail