Qurban Qurbanov: "Təəssüflər olsun, hələ ki, alınmır" - MÜSAHİBƏ

29.11.2019 | 5565 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib:

- Rəqibi təbrik edirəm. 1 xalla qayıtmaq istərdik. Amma alınmadı. Futbolçular çox əziyyət çəkdi. Hamısından razı qaldım. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Bundan sonra nə olacaq?

- Qarşıda iki çempionat, sonra isə Avroliqa oyunumuz var. Fikrimizi həmin oyunlara yönəldəcəyik. Bu, bizim işimizdir. Hər bir oyunda maksimum gücümüzü ortaya qoymalıyıq.

- Futbolçular tapşırıqlarınızın neçə faizini yerinə yetirə bildilər?

- İlk hissədə daha intimzalı oynadılar. Amma ikinci hissənin başlanğıcında səhvə yol verdilər. Rəqib də bizi buna məcbur etdi. Futbolçularda böyük məsuliyyət olanda belə səhvlərə yol verirlər. Məşqçi kimi onları başa düşürəm.

- İkinci hissədə top itkiləri oldu. Bu, pressinqlə bağll idi, yoxsa tələskənlik oldu?

- Rəqib bizi daha çox buna məcbur edirdi.

- Sonuncu dəfə bu cür məyus olduğunuz yadınıza gəlir?

- Belə hallar çox olub. Bu da onlardan biridir.

- Hakimliklə bağlı nə deyə bilərsiz?

- Hakimlər haqda nəsə demək istəmirəm. Hər bir halda bizim kimi komandalara daha kiçik baxırlar. Belə olmasını istəməzdim. Bəzi epizodlarda "Sevilya"ya simpatiya hiss olunurdu. Daha adil olmalıydı. Amma hər bir halda hakimlər bizim kimi komandalara belə münasibət bəsləyirlər. Hakimin qərarı ilə razılaşmalıyıq. Amma daha ədalətli olmalıdırlar. Epizodu görməmişəm. Amma penaltiyə daha çox oxşayırdı.

- İlk qolu vuran Brayan Gilin 20 yaşı var. Niyə bizdə belə futbolçular yetişmir?

- Biz kiçik futbol ölkəsiyik. Bunun üçün təcrübəmiz daha çox olmalıdır. Bu gün biz La Liqa ilə Azərbaycan çempionatını müqayisə edə bilmərik. Təcrübəmiz çox azdır. Amma hər bir halda bu cür oyunçuları gələcəkdə gözləməliyik. Belə oyunçular yetişdirməliyik. Amma təəssüflər olsun, hələ ki, alınmır.

- Bu gün 0:2 hesabı ilə uduzduq. Futbolda İspaniyadan nə qədər geriyik?

- Bayaq da dediyim kimi, "Sevilya" bu gün La Liqada 2-3-cü yerləri bölüşdürür. Zirvə uğrunda yarışır. Bu çempionatla yan-yana durmaq çətindir. Bəlkə də irəli gedə bilərik.

- Beqoviçlə yollar ayrılacaq?

- Müqavilə dekabra kimidir. Qalmasını istərdik. Amma bizdən asılı olmayan nüanslar var. Hər bir halda qış fasiləsini gözləməliyik. Bəlkə də danışıqlar olacaq. Qəti qərar vermək üçün dekabr ayını gözləmək lazımdır.

- Qrupdan çıxa bilmədik. Qurban Qurbanov harda səhv etdi?

- Bəzən qrupdan çıxmaq şanslarımız olub. Yadınızdadırsa, ümumi oyuna baxsaq, "İnter"ə son dəqiqədə vurduğumuz qol sayılsaydı, həmin il qrupdan çıxa bilərdik. Məşqçi də səhv edə bilər. Biz kollektivik. Fikirlərimizi bir yerə cəmləməliyik. Bu mövsüm APOEL-lə keçirdiyimiz heç bir oyunda rəqibdən zəif çıxış etməmişik. Ən çox qol epizodlarını biz yaratmışıq. Səhv edib-etmədiyimi açıqlamaq düzgün olmaz. Komanda daxilində bunu müzakirə edirik. Yaxşı komandamız var. Ardıcıl altı ildir ölkəmizi qruplarda təmsil edir. Nə rəhbərlik, nə də biz ruhdan düşürük. İrəliyə baxmalı, bu cür oyunlara hazır olmalıyıq. Qrupdan çıxa bilməyən çox komanda var. Həm ölkə, həm də "Qarabağ" olaraq, daha da ciddi addımlar atmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail