Tahir Gözəl: "Sanki inamımızı itirmişdik" - MÜSAHİBƏ

29.11.2019 | 5575 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Sevilya" ilə oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qarşımızda nəhəng klub var idi. Başa düşürəm, bizimkilər də dəqiq oynamaq istəyirdi. Birinci hissədə pis deyildik. Amma ikinci hissənin ilk 20 dəqiqəsində çox zəif oynadıq. Sanki inamımızı itirmişdik. Halbuki mən daha inamlı olacağımızı ehtimal edirdim. Onları qapımıza yaxın buraxmaq olmazdı. Əlbəttə ki, oradan qol vura bilərdilər. Üzüldüm. Daha təhlükəli rəqib kimi görünəcəyimizə inanırdım. Bu gün çox passiv idik.

- İlk hissə 0:0 başa çatdıqdan sonra ikinci hissə üçün inamınız artmışdı?

- İkinci hissədə birincidəki kimi oynasaydıq, yaxşı olardı. Məncə, ikinci hisəsəyə zəif başladıq. Bu gün bəlkə də bərabərlik üçün oynadıq və səhvimiz də bu idi. Ancaq əlbəttə ki, nəhəng kluba qarşı oynadıq. "Qarabağ"ın ifasında gözəl oyun görmədim. Məni məyus edən bu oldu.

- Dünən demişdiniz ki, qorxaq oyun yox, hücum futbolu göstərməliyik...

- Bəli. Amma arzuma çatmadım. Bu, həqiqətdir. Ancaq istənilən halda "Sevilya" kimi komandaya 0:2 hesabı ilə uduzmaq normaldır. Amma meydanda xəyalımdakı "Qarabağ"ı görmədim.

- Avropa Liqası artıq sizin üçün bitdi. Necə şərh verəcəksiniz?

- Bəli, bitdi. Biz bu qrupdan çıxmalıydıq. Tarixi fürsət var idi. Pis də oynamadıq. APOEL-lə oyunları xatırlayanda insan üzülür. Çünki pis oynamadıq. Qrupdan çıxmağa layiq idik. Sadəcə bəxtimiz gətirmədi.

- Sizcə, harda bitdi bu şans, Nikosiyada?

- Mən Sevilyada da ümidli idim. İlk 45 dəqiqədən sonra ikinci hissəyə daha inamlı çıxacağımızı düşündüm. Amma arzuladığımız oyunu oynamadıq.

- Sizcə, bu, indiyə qədərki ən münasib qrup deyildi?

- Bizim üçün tarixi fürsət idi. Ən yaxşı fürsət idi.

- Baş hakim çox fit vermirdi?

- Xeyr, elə şey hiss etmədim. Oyunumuzda qısamüddətli hərəkətlilik oldu. Əgər bunu edə biliriksə, niyə 5 dəqiqə, amma 15 dəqiqə deyil? Onsuz da hesabda geridə idik. Ən azından heç-heçə gözləyirdim. Məncə, 0:1-dən sonra 0:4-ün də fərqi yoxdur. Qurban Qurbanov deyiləm, peşəkar məşqçi də deyiləm. Mən sadəcə emosional fanatam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail