Asmir Beqoviç: "Qarabağ”da da uzun müddət qalmaq istəyərdim"

03.12.2019 | 6364 dəfə oxunub

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Matçla bağlı nə deyəcəksən?

- Çətin oyun oldu. Oyunboyu kollektiv mübarizə apardıq. Bəxtimiz gətirsəydi daha çox qol vurub, daha rahat qələbə qazanacaqdıq. Baxımlı qol vurduq və vacib xal qazandıq.

- Uzun zaman sonra “Qarabağ”ın qələbə qazanması haqda nə deyəcəksən?

- Razıyam. Bu gün yaxşı mübarizə apardıq. Bir az da bəxt üzümüzə güldü.

- Hava şəraiti sizə çətinlik yaradırdı?

- Bəli, yağış, külək var idi ki, çətin idi. “Sabah”ın da yaxşı təşkilatlanmış komandası var. Bizə qarşı təşkilatlanmış şəkildə oynadılar.

- 3-4 gün əvvəl “Ramon Sançez Pisxuan”da “Sevilya”ya qarşı oynadınız, indi isə Masazırda “Sabah”a qarşı. Köklənmək çətin deyilki?

- Fərqli çağırışlardır. Hər oyun önəmlidir. Artıq liqaya köklənməliyik və qalib gəlməliyik.

- “Qarabağ”dan ayrılacağın deyilir. Qışda komandadan ayrılacaqsan?

- Burada elə bir şey yoxdur. Onsuzda icarə müddətim yanvarın 1-nə kimi idi. İcarə müddəti bitəndən sonra İngiltərəyə qayıdacağam. “Qarabağ”da da uzun müddət qalmaq istəyərdim.

- “Qarabağ”da qalmaq istəyirsən?

- Təbii ki, qalmaq istəyərdim. Baş məşqçim, komanda yoldaşlarım yaxşı insanlardır. Bakı gözəl şəhərdir. Burada qalmaq istəyərdim. Amma bu mənim istəyimdən asılı olan bir şey deyil. “Bornmut” və “Qarabağ” arasında olan məsələlərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail