Qurban Qurbanov: "Komanda həddən artıq yüklənib" - MÜSAHİBƏ

07.12.2019 | 5935 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda  “Keşlə” ilə  (2:2) oyundan sonra mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirb: 

- Bir xal qazandıq. Mövsümün ilk yarısını tamamladıq. Qalib gəlsəydik, daha yaxşı olardı. Ancaq həmişə hər qazanılan xala böyük dəyər vermişəm. “Keşlə” son oyunları yaxşı səviyyədə keçirir. Düzgün təşkilatlanmış kollektivdir. Onlara uğur arzulayıram. Qarşıda Avropa Liqasında son oyunumuz və 2 kubok matçımız qalıb. Hər birinə yaxşı hazırlaşmalıyıq.

- Komandada fiziki və psixoloji yorğunluq hiss olunur. Bunun üçün xüsusi nəsə fikirləşmisinizmi?

- Bəli, bu nüanslar var. Komanda həddən artıq yüklənib. Bir variant var ki, futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha gərgin olacaq. Qarşıdakı görüşlərə maksimum yaxşı hazırlaşmalı və düzgün oyun göstərməliyik. Hər bir halda, futbolçuların yanındayıq. Onlardan əlavə nəsə tələb etmək düzgün deyil. Futbolçularımı yaxşı tanıyıram. Onlar daha artığına layiqdirlər və qadirdirlər.

- Asmir Beqoviç “Qarabağ”a gəlişindən sonra ilk dəfə ehtiyatda qaldı. Bu, onun gedəcəyinə işarə idi?

- İlin sonunda müqaviləsi başa çatır. Ancaq rəhbərliklə danışıq aparacağıq. Qalmasını istəyirik. Bizdən asılı olanı edəcəyik. İndi dəqiq cavab verə bilmərəm. Özü ilə danışmışıq, qalmaq istəyir. Bakını xoşlayır, komandaya qarşı pozitivdir. Bu məsələ təxminən 1 aya həll olunacaq. Qapıçı ilə bağlı rotasiyalar həmişə etmişik. Düzdür, Asmir gələndən sonra olmamışdı. Hər halda, normal, adi dəyişiklikdi.

- Filip Ozobiçlə bağlı risk etmək istəmədəyiniz görünür. O, ilin son oyunlarında meydana çıxa bilərmi?

- Hazırlığı pis getmir. Son məşqləri komanda ilə tam keçib. Qarşıdakı oyunlarda imkan olsa, oynamasına şərait yaradacağıq ki, kollektivi hiss etsin və qış hazırlığında tam bərpa olunsun. Oynamaq ehtimalı var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail