Emin Mahmudov: "İndi də hər şey bizdən asılıdır" - MÜSAHİBƏ

20.12.2019 | 5631 dəfə oxunub

"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri matçdan sonrabrifinqdə jurnalistlərin suallarını cavablandırıb:

- Nə üçün bu gün yarımfinala vəsiqə qazana bilmədiniz?

- Məncə, birinci oyun daha yaxşı oynaya bilərdik. Ancaq evdə 1:0 uduzmağımız bu qarşılaşmada bizə problem yaratdı. Mütləq qol vurmaq lazım idi. Onlara əks-hücum etməyə imkan verməməyə çalışdıq. Bilirdik ki, rəqib yaxşı əks-hücum edir və irəlidə təhlükəli vəziyyət yaradacaqlar. Bizim də epizodlarımız var idi, amma yararlana bilmədik.

- Sizcə  "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov qol vurmağa mane oldu, yoxsa "Neftçi"nin futbolçuları dəqiq oynaya bilmədilər?

- Hər iki görüşdə Mehdi Cənnətov çox yaxşı oynadı. O, bizə qarşı həmişə yaxşı çıxış edir. Komandamız da həmçinin sonluğu yaxşı qoya bilmirdi. Son ötürmə, son zərbədə dəqiqlik olmurdu.

- "Neftçi" ardıcıl iki ildir ki, "Sumqayıt" səddinə ilişir. Çempionatda çox asanlıqla qalib gəlməyinizə baxmayaraq, nə üçün kubokda bu komandaya qalib gələ bilmirsiniz?

- "Sumqayıt" bizə qarşı bütün oyunlarda yaxşı çıxış  edir. Premyer Liqadakı ən yaxşı komandalardan biridir. Çox yaxşı əks-hücum yaratmağı bacarırlar.

- Demək olar ki, rəqib "Neftçi"yə qarşı tam başqa  motivasiya ilə oynayır?

- Fikrimcə, bütün komandalar bizdən xal almaq istəyir.

- "Neftçi"nin kubokda olmamasını uğursuzluq hesab etmək olar?

- Əlbəttə ki, bu, bizim üçün böyük uğursuzluqdur. Qələbə qazanmaq üçün oynayırdıq. Təəssüf ki, alınmadı.

- Hakim sizə sarı vərəqə göstərdi. Amma uduzan da siz idiniz, tələsən tərəf də. Sarı vərəqə nəyə görə verildi?

- Əvəzetmə zamanı yeni qaydalarda meydanı ən yaxın olan nöqtədən tərk etmək lazımdır. Ancaq mən kapitan olduğum üçün sarğını kiməsə verib, çıxmalıyam. Ya Mehdi Cənnətova verməli idim, ya da özüm də qalmalı idi, çıxanda başqa adama verməli idim (gülür). Mən hakimin bu hərəkətini başa düşmədim.

- Artıq ilk  dövrə başa çatdı. Dövrəni "Neftçi" üçün necə dəyərləndirirsiniz? Çempionluq mübarizəsində "Neftçi" istəyinə çata biləcək?

- Kuboka görə ili yaxşı adlandırmaq olmaz. Çempionatda deyə bilmərik ki, işimiz bitib. Amma başlanğıcda çox pis başlamışdıq. Normal vəziyyətdə oynadıq. Lakin  yenə də ilk pilləyə qalxmaq üçün 6 xal lazımdır.

- Ötən mövsüm "Qarabağ" "Neftçi"dən geri olsa da, onu qabaqlayaraq, çempion ola bildi. Bu mövsüm isə siz 6 xal geridəsiniz. Necə düşünürsünüz, "Neftçi" də bunu təkrarlaya biləcək?

- Ən böyük problem oyunlarda qələbə qazanmaqdır. "Qarabağ" keçən mövsüm göstərdi ki, bunu edə bilər. İndi də hər şey bizdən asılıdır. Biz də bir neçə oyunda qələbə qazanıb, bunu edə bilərik.

- Yurçeviç sizi milliyə dəvət etsə də, əsas heyətdə yer vermirdi. Məşqçinin gedişinə sevindiniz? Yeni gələcək mütəxəssisin sizə ədalətli davranacağını düşünürsünüz?

- Oyundan sonra ancaq bütün fikrim bu matçı niyə  uduzmuşuq deyə analiz etməkdə olacaq. Ancaq bu barədə düşünəcəyəm. Belə oyundan sonra istirahət etmək də çətindir. Əhval-ruhiyyə də korlandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail