Qurban Qurbanov: "Heç kimin qarşısını almaq istəmirik"

03.02.2020 | 5623 dəfə oxunub

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 15-ci turunda “Səbail”i səfərdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib 3 xal qazandıq. Startda həmişə tam istədiyin oyunu görmək çətin olur. Ancaq bu gün futboçularda yaxşı oyun nizam-intizamı gördüm. İlk hissədən fərqli ikinci hissədə oyun bir qapıya getdi. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm.

- Transferlər nə yerdədir? Konkret Alper Potuk məsələsinə aydınlıq gətirərdiniz...

- Bəli,  "transfer pəncərəsi"nin bağlanmasına 1 gün qalıb. Bu transfer gündəmdədir. Bizdən asılı olanı etmişik, cavab gözləyirik. Asan deyil, sonadək danışıqları aparırıq.

- Başqa transfer gözlənilir?

- Dünən bir legionerdən "yox" cavabı gəldi. Bəlkə də alınmaq ehtimalı daha çox idi. Görünən odur ki, yalnız Alper alına bilər.

- Bu gün Riçard Almeydanın yoxluğu hiss olundumu?

- Ətraflı fikir bildirməyim düzgün olmazdı. Almeyda həmişə vacib oyunçu olub. Bu gün olanlar da mənim üçün çox vacibdir. Əsas heyətin üzvünün gedişi təsir edə bilər.

- Qış transferiniz Ovusu Kvabenanı nə vaxt yaşıl meydanda görə biləcəyik?

- Dəqiq cavab verə bilməyəcəm. Sadəcə, onda komandaya uyğunlaşma problemi ola bilər. Yanvarda çempionatda oyunları vardı, fiziki durumu qaydasındadır. Sadəcə, 3 gün əvvəl məşqdə kiçik zədəsi yarandı. Ona görə risk etmək istəmədik. Bir az vaxt lazım olacaq. Təcrübəlilərdən fərqli gənclər gec uyğunlaşır. 

- Son illərdə çempionluq yolunda qarşısını kəsdiyiniz "Neftçi"ylə növbəti turdakı matçdan nə gözləyirsiniz?

- Heç kimin qarşısını almaq istəmirik. Sadəcə, yuxarı yerlər uğrunda hər bir rəqiblə ciddi mübarizə aparırıq. Vaxtımız azdır. Çox istəkli "Neftçi" gördük. Həmişə oyunlarımız maraqlı olub. Hamı bu matçı gözləyir. Bu gün tam hazır deyilik, tam istədiyimiz futbolu göstərə bilmirik. Rəqibi daha yaxından analiz etməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail