Jelko Sopiç: "Şans bu gün yanımızda idi" - MÜSAHİBƏ

29.02.2020 | 5199 dəfə oxunub

“Sabah”ın  baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra  mətbuat konfransında jurnalistlərin suallarını cavablanırıb:

- Hər iki komandanı təbrik edirəm. “Qarabağ” çox yaxşı kollektivdir. Futbolçularıma demişdim ki, 1-2 fürsətimiz olacaq. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Turnir cədvəlində 1-ci yerdə olan komandaya qarşı oynayanda gərək yaxşı qapıçın və bir az da şansın olsun. Şans bu gün yanımızda idi.

- Zədəli Ruslan Abışovun durumu necədir?

- Mən bura gəlməzdən əvvəl onun zədəsi var idi. Əzələ zədəsi məşqlərdən sonra özünü daha da göstərməyə başladı. Türkiyədə bu, özünü yenidən büruzə verdi. Onda zədədən əlavə psixoloji narahatlıq da var. Biz istəyirik ki, yavaş-yavaş komandaya qoşulsun. Birdən-birə qoşulsa yenidən onu 2 aylıq itirə bilərik. Bunu istəmirik. Bütün oyunçular bizim üçün önəmlidir, eyni zamanda kapitanımız da.

- Nəticə ürəyinizcədir, bəs oyun sizi razı saldı?

- “Qarabağ”da Zubir, Romero kimi ekstira keyfiyyətə malik futbolçular var. “Zirə” kimi onlara qarşı açıq oynasaq, 0:6 hesablı məğlubiyyət qaçılmaz olardı. Bu gün futbolçularımız meydanda hər şeylərini qoydular. Qapıçımız real epizodda bizi xilas etdi. Şanslıyıq ki, Stamenkoviç kimi qapıçımız var. Digər tərəfdən, təbii ki, hər məşqçinin oyundan əvvəl düşüncələri olur. Matçdan öncə rəqib üçün də, bizim üçün də aydın olmayan məqamlar var idi.

- Sayılmayan qol barədə nə deyə bilərsiniz?

- Mən heç vaxt hakimlər haqda, situasiyalar barədə danışmıram.

- Məlumatınız varmı ki, təmiz qol idi?

- Belə informasiyam yoxdur. Biz məşqçiyik, hakim deyilik ki, qərarların doğruluğu haqda danışaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail