Flavinyo: "Karyeramın ən yaxşı mərhələsini Azərbaycanda keçirmişəm" - MÜSAHİBƏ

09.07.2020 | 7163 dəfə oxunub

"Neftçi"nin sabiq futbolçusu Flavinyo "futebolnaveia.com.br" saytının suallarını cavablandırıb: 

- Azərbaycana adaptasiyanız necə keçmişdi?

- Əvvəllər Azərbaycan haqqında heç nə bilmirdim. Çünki heç vaxt bu ölkə barədə eşitməmişdim. Hətta düşünürdüm ki, müharibə ölkəsidir, çox qorxurdum. Amma hər şey tam fərqli imiş. Adaptasiya çox rahat oldu, insanlar mənimlə çox yaxşı rəftar edirdilər, ölkə çox xoşuma gəldi, futbolu isə effektli idi. Onlar Azərbaycanın ikinci Dubay, turizm ölkəsi olmasını istəyirlər. Baxmayaraq ki, Azərbaycan öz nefti ilə tanınır. Yeməkləri müxtəlifdir. Yanımızda tərcüməçi olurdu, portuqalca danışırdı. Bu isə işimizi asanlaşdırırdı. Mənim üçün ən böyük çətinlik mədəniyyətlə bağlı idi. Avropa ölkəsi olmasına baxmayaraq, insanlar hələ də əcnəbilər üçün çox qapalıdırlar. Amma klubda birgə oynadığımız və çalışdığımız adamlar bizə çox yaxşı münasibət göstərirdilər. Ailə kimi idik. Lakin alış-verişə, restorana, bazara gedəndə insanlar sənə başqa cür baxırdılar. Nəticə etibarilə oradakı illərim əla keçib. Buna görə minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Orada yaşadığım müddətdə öz həyatım üçün dərs götürdüm.

- Orada futbolun səviyyəsi necədir: Braziliya futbolu ilə fərq böyükdür?

- Azərbaycan futbolu bizimkindən çox fərqlənir. Onlar 4-3-3 sxemi ilə oynayan Avropa standartlarını qorumağa çalışırlar. Daha çox fiziki və sürətli oyuna üstünlük verirlər. Texnika isə ikinci plandadır. Çox qol vurulur, driblinqdən, fərdi keçidlərdən, baxımlı hücunlardan az istifadə edirlər. Daha kompakt oyun oynayırlar. Bu isə öz növbəsində mənə çox kömək etdi. Çünki individual oynamağı, driblinq etməyi sevirdim. Orada mənim kimi futbolçular az olduğundan, gedən kimi fərqlənməyə başladım.

- Avropa Liqasında oynamaq necə hissdir?

- Braziliyanın 4 çempionatında oynasam da, bu, mənim karyeramnın pik nöqtəsi idi. Ən yaddaqalan oyunum İtaliyada "İnter"ə qarşı olub. Heç vaxt yaşamadığım hissləri keçirdim. Azərbaycana gedəndə bilirdim ki, onların Avrokubok təqvimi var. Amma Avropa Liqasının qrupunda oynamağı mümkünsüz hesab edirdim. Həmin musiqini "San Siro"da eşitmək... Heç şübhəsiz, mənim üçün ən təsirli məqam o stadiona ayaq basmaq olub.

- "Neftçi"nin heyətində 3 titul qazandınız. Özünüzü necə hiss edirdiniz: Düşünürdünüzmü ki, bu, karyeranızın ən yaxşı mərhələsidir?

- 3 dəfə liqanı, 2 dəfə isə ölkə kubokunu qazandım. Yəni, 5 titulum var. Karyeramın ən yaxşı mərhələsini Azərbaycanda keçirmişəm. Çünki orada heç vaxt qazanmadıqlarıma nail olmuşam. Orada ilin ən yaxşı oyunçusu, ölkənin ən yaxşı futbolçusu seçilmişəm. Bu mənada Azərbaycan karyeramın ilk 3 ilini ən yaxşı hesab edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail