Rəşad Sadıqov: "Ümumiyyətlə, Dubayın havasını xoşlamıram"

28.02.2012 | 5344 dəfə oxunub

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun müsahibəsi:

- Rəşad, öncə oyun barədə fikirlərinizi bildirərdiniz...
- Yaxşı hücumlar qurub, 3 cavabsız qol vurduq. Həm oyun, həm də hesab bizim üçün yaxşı alındı. 

- Komandamız Sinqapurla oyunla (2:2) müqayisədə bu gün daha yaxşı oynadı, yoxsa...?
- Millimiz bu gün daha hərəkətli idi. Bu dəfə futbolçular daha çox çalışdılar. Ən əsası, ilk görüşdəki səhvləri təkrarlamadıq və sonda inamlı qələbə qazandıq.

- Sizinlə yanaşı, müdafiə xəttində gənc futbolçu – Hacı Əhmədov yer almışdı...
- Əzizin oyunu çox xoşuma gəldi. Millidə debüt etsə də, özünü yaxşı tərəfdən göstərdi. Heç kimdən geri qalmırdı, hücumlara yaxşı qoşulurdu. Ümumiyyətlə, bu oyunda müdafiə xəttində bəzi dəyişiklik var idi. Buna baxmayaraq, Allaha şükür ki, hər şey yaxşı alındı. 

- Millimiz qələbə qazansa belə, dilxor görünürsünüz. Bunun səbəbi nədir?
- Bir az yorğunam. Buranın havası isti olduğundan, adam sanki boğulur, halsızlaşır. 

- Futbol havası deyil?
- Mən, ümumiyyətlə Dubayın havasını xoşlamıram. 

- Bəs növbəti oyun üçün halınız qalıb?
- İnşallah, Fələstinlə qarşılaşmada da qələbə qazanmaq lazımdır. Çünki bu görüşlərin nəticəsi FİFA reytinqində hesablanacaq. Hazırda buna çox ehtiyacımız var. Bu səbəbdən Fələstinlə qarşılaşmada da uğurlu nəticəyə ümid edirəm. 

- Baş məşqçi Berti Foqts 5 futbolçunu cəzalandırıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Bununla bağlı komandanın toplantısı oldu. İstərdim olan söhbətlər orda da qalsın. Bu haqda mətbuata danışmaq istəməzdim.

- Onsuz da mətbuatın hər şeydən xəbəri var... 
- Əslində, həmin gün futbolçulara istirahət verilmişdi. Onlar otelə gecə 2-3 radələrində gəlmişdilər. Yəni, gedib hardasa səhərəcən əylənməyiblər. 

- Kapitan kimi, siz toplantıda öz fikrinizi dediniz?
- Yox, hansısa fikir bildirmədim. Həmin gün sərbəst olduqlarından istirahətlərini bu şəkildə keçiriblər. Düzdü, xoşagəlməz epizodlar var. Baş verməsəydi, daha yaxşı olardı. Yəni, onlar icazəsiz getməyiblər. Bütün komandaya qarşı da hörmətsizlik etdiklərini də düşünmürəm. Kimisi vaxtını çay içməklə, kimisi dəniz kənarında, kimisi də o şəkildə keçirdi. Spirtli içki və siqaret olmasaydı, daha yaxşı idi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail