Şahin Diniyev: "Vaqif Cavadova qulaq asmayaraq, onu günahkar çıxardıq"

28.02.2012 | 5031 dəfə oxunub

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin müsahibəsi:

- Yəqin ki, millimizin Sinqapur və Hindistan yığmalarıyla keçirdiyi yoldaşlıq görüşlərindən xəbəriniz var.

- İlk növbədə bunu yoldaşlıq oyunu kimi deyil, nəyəsə hazırlıq üçün oynadığımızı söyləmək olar. Daha doğrusu, 2014-ci ilin dünya çempionatına hazırlıq məqsədi güdülür. Ona görə də, bu qarşılaşmaları futbolçularımız üçün təlim-məşq prosesi adlandırmaq olar.

- Sizcə, futbol ənənəsi olmayan yığmalarla deyil, daha ortabab millilərlə yoldaşlıq görüşü keçirmək olmazdı?

- Gərək hər şeyin dərinliyinə gedərək, düzgün qiymət verəsən. Siz verdiyiniz sualın əksini söyləyim. Axı, bu gün bizimlə oynamaq istəyən normal komandalar yoxdur. FİFA və UEFA hələ iki il əvvəldən görüşləri üçün tarixləri açıqlayanda özünə hörmət edən yığmalar rəqib axtarışına çıxıb komandalar tapırlar. Belə götürəndə Braziliya kimi komanda da Sinqapurla yoldaşlıq oyunu keçirə bilər. Amma yalnız pulun qarşılığında. Bilirsiniz, hər bir komanda özünə uyğun rəqib seçir. Ümumilikdə, mənim fikrimcə, millinin 10 günlük toplanışı zamanı məşqlərdənsə, belə oyunlar keçirmələri daha yaxşıdır.

- Futbol mütəxəssisləri bildirirlər ki, zəif komandalar belə özlərindən qat-qat güclü rəqiblərlə qarşılaşdıqları halda, biz bunu etmirik.  Sizcə, niyə?

- Bir qədər geri, millidə işlədiyim vaxta qayıdıram. Dünya çempionatı öncəsi Türkiyə, Ukrayna, Moldova, Gürcüstan kimi yığmalarla yoldaşlıq görüşləri keçirmişdik. Bunlar reytinqdə bizdən yuxarıda olan rəqiblərdir. Lakin həmin komandalar indi bizdən bir az aşağıda olan rəqiblərlə oynayırlar. Yəqin ki, daha yaxşı komandalarla sparinq etmək üçün rəqib tapa bilməyiblər. Bəlkə də, bir neçə yeni oyunçunu yoxlamaq və ya bəzi futbolçuların mövqelərini dəyişərək, sınamaq məqsədi daha çox güdülüb.

- Zəif Sinqapurla oyunda iki top fərqiylə irəlidə olsaq da, sonradan iki top buraxaraq qələbəni əldən vermişik. Sizcə, özünəarxayınlıq problemini nə zaman aradan qaldırmaq mümkün olacaq?

- Yığma oyunçularının taktiki və psixoloji problemlərini aradan qaldırmaq üçün belə oyunların çox olması vacibdir. Düzdü, komandamız Hidistanı böyük hesabla məğlub edib. Lakin unutmayaq ki, hesabda 2:0 öndə olanda, ikinci hissədə rəqib daha inamlı təsir bağışlayırdı. Mən həmin oyunda daha çox Hindistanın təhlükəli hücumlarının şahidi oldum. Deməli, çoxdankı “xəstəlik” hələ də qalıb. Ona görə də bunun üzərində daha çox işləmək lazımdır. Məncə, arxayınçılıqdan irəli gələrək qələbəni daha erkən qeyd etməyimiz  futbolçularımıza çətinlik yaradır. Bu da psixoloji durumla bağıdır. Əslində oyunçulara Avropa ölkələrindəki kimi, futbolun 90 dəqiqədən də artıq olduğunu inandırmaq lazımdır. Məsələn, İngiltərə çempionatında oyunun uzatma dəqiqələrində az qol vurulmur.

- Millimizin futbolçuları Vladimir Levin, Branimir Subaşiç, Aleksandr Çertoqanov, Ufuq Budak və Andrey Popoviç Sinqapurla oyun günün axşamı barda yaxalanıblar, əllərində siqarət və spirtli içki. Buna münasibətiniz?

- Mən daha çox futbolçuların çıxışları barədə danışmağı üstün tuturam. Qaydanı pozan milli oyunçularının cəzalanmasıyla şəxsən Berti Foqts məşğul olmalıdır. 
Ola bilər ki, bu futbolçuların etdikləri Avropada normal qəbul olunsun. Ancaq həmin futbolçular əcnəbi olsalar da, bizim milli komandanın formasını geyinirlər. Ona görə də milli mentalitetimizə hörmət etməlidirlər. Öz vətənlərində gedib nə istəsə edə bilərlər. Lakin milli komandamızın düşərgəsində belə hərəkət etmələri düzgün deyil. Açıq-açığına şəkillər çəkdirərək, bunları yaymaq həyatlarında böyük bir səhv addım oldu.

- Bəs, sizin dövrünüzdə belə hadisə baş versəydi, həmin futbolçulara hansı cəzanı kəsərdiniz?

- Bilirsiniz, hər məşqçinin hadisələrə öz baxışı var. Əgər futbolçu bir səhv edibsə, ilk öncə bunu aydınlaşdırmaq lazımdır. Məsələn, biz Vaqif Cavadova qulaq asmayaraq, onu günahkar çıxardıq.  Əslində biz onun da fikrini öyrənərək, nəyin necə olduğunu bilməyə çalışmalıydıq. Ondan sonra kimə nə cəza veriləcəyini mümkün etmək olardı. Mən də işin içində olmadığım üçün hələ bir dəqiq söz söyləyə bilmərəm.

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail