"Azərbaycanımıza daha bir qrup mərhələsi həyəcanı bəxş etmək möhtəşəm olardı"

27.08.2020 | 5546 dəfə oxunub

"Qarabağ"ın prezidenti Tahir Gözel klubun mətbuat xidmərinə müsahibə verib: 

- "Şerif"lə qarşılaşacağımız bəlli olan kimi bildirmişdim, moldovalılar olduqca çətin rəqibdir. Komandamız xarakter ortaya qoyaraq qələbə qazandı. Qurban hoca və futbolçuları, bütün "Qarabağ" camiəsini təbrik edirəm.

Əvvəlki illərdə daha iki dəfə "Şerif"lə qarşılaşmışdıq. Hiss olunurdu ki, rəqibimiz meydana olduqca motivə olmuş şəkildə çıxıb. Rəqibimiz fiziki cəhətdən güclü, yaxşı təşkilatlanmış komanda idi. Amma  komandamız ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq rəqibə qarşı xarakterini ortaya qoydu.  Erkən qoldan sonra nəzarəti əldə saxlamağa çalışırdı. "Şerif" də maksimum bacardığını etməyə çalışdı. Amma bu qələbə "Qarabağ"ın haqqı idi.  Növbəti mərhələlərdə daha ciddi rəqiblərlə qarşılaşacağıq. İnanıram ki, "Qarabağ" bu oyunlara da daha yaxşı hazırlaşıb və yaxşı oyun göstərəcək.

- "Qarabağ"ı yenidən Avrokubokların qruplarında görə biləcəyik?

- "Qarabağ" bu qələbəylə artıq minimum Avropa Liqasında pley-off mərhələsində oynamağı təmin etdi. Təbii ki, biz Çempionlar Liqasında yolumuza davam etmək istəyirik. Yenə də deyirəm ki, komandamın bu mübariz ruhunun, əzminin olduğuna inanıram. Amma ən azından pley-off mərhələsinin təmin olunması bizləri sevindirir. Azərbaycanımıza daha bir qrup mərhələsi həyəcanı bəxş etmək möhtəşəm olardı. 

- "Qarabağ" artıq artıq yeddinci ildir ki, Azərbaycanın adını Avropada tanıdır...

- Sadəcə, son 7 ildə  deyil, 2009-dan etibarən "Qarabağ" Futbol klubu mütəmadi olaraq "Qarabağ – Azərbaycan" sədalarını yaşıl meydanlarda  əks etdirir.  Bəli, son 6 ildə qruplara düşmüşük amma buna qədər də stabil və məqsədyönlü  çalışmalarla əsas uğurun yolu açılıb. Yaxşı başa düşürük ki, başda cənab Prezidentimiz olmaqla bütün dünyadakı Azərbaycan və Türkiyə xalqı, məcburi köçkünlər bizi izləyir və bu bizim üçün çox böyük bir məsuliyyətdir. Cənab Prezidentimiz və xalqımıza bu inama görə təşəkkür edirik. Komandadakı hər futbolçu bu məsuliyyəti çox yaxşı dərk edir və bütün hər kəsi sevindirmək üçün meydana çıxır. Allaha şükür, bu məsuliyyətin öhdəsindən də indiyə qədər alnıaçıq çıxa bilmişik və bunun üçün də sona qədər öz mübarizəmizi davam etdirəcəyik."Qarabağ" öz üzərinə düşən ülvi missiyanı uğurla davam etdirir. Ən ali məqsədimiz olan Qarabağ həqiqətlərini dünyaya çatdırmaq uğrunda komandamızın avrokuboklarda davamlı olaraq uğur qazanacağına inanıram.

- Bu qələbənin sizin üçün xüsusi bir önəmi varmı?

- Bildiyiniz kimi, 3 gün öncə Cəbrayıl və Füzulinin ermənilər tərəfindən işğalının ildönümü idi. Bu qələbəmizlə məcburi köçkünlərimizlə yanaşı, bütün Azərbaycan xalqına, ölkəmizə sevinc bəxş etdiyinə və yeni qələbələrə çağırış olacağına inanıram.

- Komandamızda yeni transferlərin oyunlarını necə dəyərləndirirsiniz?

- Hiss olunur ki, yeni transferlər komandaya uyğunlaşmaq üçün əllərindən gələni edir. Qurban hoca qısa zamanda yeni gələnlərin adaptasiyası üçün önəmli işlər görüb. Uroş Matiç komandaya yaxın zamanlarda qoşulsa da, qol hesabını açdı. Kevin Medina müdafiədə əzmkarlığı, inadkar oyunu ilə göz oxşadı. Qurban hocaya belə az müddətdə onlarda “Qarabağ” xarakteri, mübarizliyi formalaşdırdığı üçün təşəkkür etmək lazımdır. İnanıram ki, yeni gələnlər hələ yenə də "artıracaq", zamanla onların öz oyunları ilə "Qarabağ" qalasının dəyişilməz parçaları  olacaqlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, heyətimizdə yetərincə gənc futbolçu var. Onların da yetişməsində əcnəbilərin təcrübəsinin, idmançı xarakterlərinin çox önəmli olacağını düşünürəm. Bunun nəticəsində zamanla daha yaxşı komplektləşmiş, əzmkar, mübariz “Qarabağ” görəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.03.2021

02:28  "Qarabağ" - "Qəbələ": STATİSTİKA

02:26  "İnter" - "Cenoa" - 3:0 VİDEO

02:17  "Roma" - "Milan" - 1:2 VİDEO

28.02.2021

11:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:37  "Dijon" - PSJ - 0:4 VİDEO

27.02.2021

26.02.2021

02:21  PSV - "Olimpiakos" - 2:1 VİDEO

02:05  "Ayaks" - "Lill" - 2:1 VİDEO

25.02.2021

14:58  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

11:57  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:00  "Atalanta" - "Real" - 0:1 VİDEO

24.02.2021

11:55  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail