Maksim Medvedev: "Qol vurmuşamsa, bu, o demək deyil ki, kiməsə cavab vermiş oluram" - MÜSAHİBƏ

09.09.2020 | 5145 dəfə oxunub

Azərbaycan yığmasının kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasının 2-ci turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra müsahibə verib:

 Kiprdə yeganə qolun müəllifi siz oldunuz. Matçı necə şərh edərdiniz?

 Görüş çox ağır keçdi. Karantindən sonra bəzi futbolçularda fiziki durum tam istənilən səviyyədə deyildi. Oyunlar arasındakı interval isə cəmi 3 gün qoyulub. Üstəlik, yolu da qeyd etmək istərdim. Baş məşqçimiz Canni De Byazi rəqibi yaxşı analiz etdi. Fərqli taktiki sxemlə oynadıq. İlk “11-lik”dəki və oyuna sonradan daxil olan oyunçular da özlərini müsbət tərəfdən göstərməyi bacardılar.

– Bəs Lüksemburqa Bakıda 1:2 hesabı ilə uduzduğunuz oyunda nə çatmadı?

– İlk oyun idi, Futbolçular və taktiki sxem fərqli idi. Oyunumuz istədiyimiz kimi alınmadı. 25-ci dəqiqədə 10 nəfərlə qalmağımız bütün planlarımızı alt-üst etdi. Futboldan anlayışı olan hər kəs gözəl bilir ki, komanda azlıqda qaldıqda necə çətin olur.

– İlk turdakı məğlubiyyətin psixoloji təsirindən çıxmaq çətin olmadı?

– Kiprlə oyununadək psixoloji tərəfdən ən hazırlıqsız oyunçu bəlkə də mən idim (gülür). Çünki özüm barədə çoxlu tənqid eşitmişdim. Yaxşı ki, gənc deyiləm, bu kimi situasiyalardan asanlıqla çıxa bilirəm. Lüksemburq məğlubiyyətindən sonra baş məşqçi və komanda ilə oturub danışdıq ki, Kiprlə qarşılaşmada mütləq 3 xal qazanmalıyıq.

 Düşünmürsünüz ki, vurduğunuz qolla həm də tənqidlərə cavab verdiniz?

 Qol vurmuşamsa, bu, o demək deyil ki, kiməsə cavab vermiş oluram. Sadəcə, orada bir balaca anlaşılmazlıq baş verdi. Çox adam məni səhv başa düşdü, lakin ətrafımda olanlar reallığın nə olduğunu bilirlər. Müsahibə verməmişdən öncə soruşdum ki, rusca danışa bilərəm? Çünki mənə rusca danışmaq daha rahatdır. Dedilər ki, azərbaycanca necə bacarırsansa, danış. Müsahibənin ardından soruşdum ki, necə alındı? Sonradan mediada bu sözümün şişirdildiyini gördüm. Barəmdə tənqidi fikirlər səsləndirildi. Amma yenə deyirəm ki, mən o cümləni işlətməklə, başqa pis fikir nəzərdə tutmamışdım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail