Qurban Qurbanov: "İnanmıram ki, tezliklə yeni transfer olsun"

12.09.2020 | 1566 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi  Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Keşlə” ilə oyundan (0:0) sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qalib gəlmək istəyirdik, 1 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qarşı oynadıq. Hər bir futbolçumuza qarşı sərt oynayırdılar. Bu, məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu oyunu burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə üz-üzə gələcəyik. Ümid edirəm ki, həmin oyunda daha yaxşı formada olacağıq.

- Xayme Romeronu meydanda görmədik. Bədavini erkən əvəzlədiniz, Mahir isə zədələndi...

- Bədavidə ehtiyatlandıq. Yorğunluğu var idi. Mahirin əvəzlənməsi planlarımıza daxil deyildi. Bədavini meydanda saxlaya bilərdik, amma risk etmək istəmədik. Xayme son iki gündə əvvəlki kimi məşq edib. Sabah və ya biri gündən komanda ilə məşqlərə qoşulacaq. Qarşıdakı oyuna tam hazır olmayacaq. Mahirin zədəsi ciddi görünür. Sərt zərbə aldı və ayağı burxuldu. Sabah dəqiq biləcəyik.

- UEFA-nın “Molde”yə qarşı matçı neytral meydana salması komandanın motivasiyasına necə təsir edir?

- Motivasiya yüksək olmalıdır. Belə qərarlar bəzən motivasiyanı verir, bəzən də əksi baş verir. Belə qərar verilməsəydi, daha rahat olardı. Bizə təsir edən odur ki, oyuna az vaxt qalmış belə qərar oldu. Biz düşünürdük ki, matç Bakıda olacaq. Ora getməklə bağlı bəzi məsələlər var ki, zaman istəyir. Ancaq sonra bu cür qərar verildi. Başqa çıxış yolumuz yoxdur. Komandaya yüksək motivasiya verməyə çalışırıq. Bəzən də bu, futbolçulara mane olur və komandaya ziyan verir. Motivasiya olsun, amma bizə lazım olan qədər. Buna da şübhəm yoxdur.

- İlk hissədə rəqibin iki yaxşı qol imkanı var idi. Şahruddin bunların birindən sonra dedi ki, uşaqlar, qol buraxmamış oynamayacaqsınız? Buna münasibətiniz necədir?

- Haçansa ola bilər ki, belə hal yaşanıb və onun beynində qalıb. Məncə, normaldır. Futbolda belə şeylər olur. Bəlkə də, bunun faydası olub. Belə iradlar da lazımdır.

- “Molde” “Qarabağ”la oyun üçün 8 hücumçu sifariş edib.

- Hücumçuları çoxdur, amma meydanda 1-2-3 hücumçu olacaq. Buna uyğun hazırlaşacağıq. Ola bilər ki, hansısa gənc oyunçuları var. Bu məsələni çox düşünməyəcəyik. Meydana çıxacaq oyunçulara qarşı düzgün oyun qurmağa çalışacağıq.

- Qurban Qurbanovun oğlu yox, futbolçu Musa Qurbanovu bu mövsüm meydanda görə bilərikmi?

- Ola bilər. Eləcə də digər gənc futbolçularımız oynaya bilər.

- Yaxın günlərdə yeni transfer olacaq?

- Hazırda belə bir futbolçu yoxdur. Danışıq apardığımız futbolçular çox idi, ancaq indi say azalıb. İnanmıram ki, tezliklə yeni transfer olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.03.2021

02:28  "Qarabağ" - "Qəbələ": STATİSTİKA

02:26  "İnter" - "Cenoa" - 3:0 VİDEO

02:17  "Roma" - "Milan" - 1:2 VİDEO

28.02.2021

11:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:37  "Dijon" - PSJ - 0:4 VİDEO

27.02.2021

26.02.2021

02:21  PSV - "Olimpiakos" - 2:1 VİDEO

02:05  "Ayaks" - "Lill" - 2:1 VİDEO

25.02.2021

14:58  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

11:57  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:00  "Atalanta" - "Real" - 0:1 VİDEO

24.02.2021

11:55  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail