Qurban Qurbanov: "Belə seriyanı hamımız eniş adlandırırıq"

26.09.2020 | 4576 dəfə oxunub

Azərbaycan Premyer Liqasında III turun “Sumqayıt” – “Qarabağ” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

– Yaxşı və maraqlı oyun oldu. Məğlub olacaqdıqsa da, istəmirdik oyun bitsin. Son saniyələrdə hesabı bərabərləşdirib, bir xal qazandıq. Çempionatın asan olmayacağını ilk turdan hiss etmişik. Sona kimi mübarizə aparmağımız məni qane etdi. Oktyabrın 1-də “Legiya” ilə vacib oyuna çıxacağıq. Həmin matça hazırlaşacağıq.

– Heç-heçə sizi qane etdi?
-Gedişata görə bəli. 2-3 dəqiqənin içində 2 qol buraxdıq. Hər qazanılan xaldan razı qalmışam.

– Buraxılan hər iki qol cinahdan gələn topdan sonra oldu. “Legiya”da belə oyun tərziylə çıxış edir və cinahdan təhlükəli hücumlar edir.
– Demək olar ki, əks-hücumlardan qol buraxdıq. “Sumqayıt”ın oyun tərzində də ümumilikdə cinahlardan oynayırlar. Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirildi. “Legiya”nın oyununu hələ tam təhlil etməmişəm. Məşqçiləri dəyişib və fərqli fəlsəfələri var. Həddən artıq aqressiv komandadı. Topu özümüzdə saxlamalıyıq ki, hücumlarının kəsərini azaldaq.

– Musa Qurbanlının oyuna daxil olmasını əvvəlcədən planlaşdırmışdız?
– Xeyr, əvvəlcədən planda yox idi. Oyunun gedişatını bilmirdik, sadəcə bir az Maksimə ehtiyat etmişdik. Musanı oyunun gedişatına görə meydana buraxdım.

– Zədəlilərin durumu nə yerdədi?
– Sual altındadı, tam bilinmir. Romero hələ komandaya tam qoşulmayıb. İki günə qoşulacaq və onun “Legiya” ilə oyun üçün 90 dəqiqə hazır olacağını düşünmürəm. Zubir və Mahirin durumu ondan bir az yaxşıdı. Ümumilikdə isə heç biri tam hazır olmayacaq.

– Komanda artıq 4 oyundu qələbə qazana bilmir. Bu, bir enişdi?
– Belə seriyanı hamımız eniş adlandırırıq. Desəm ki, rəqiblər bizi tam üstələyir, yalan demiş olaram. Avrokubok oyunları da olanda, çempionata tam hazırlaşmaq asan olmur. Komanda sona kimi mübarizə apara bildi, sadəcə belə komandalara qarşı sürəti aşağı salmayasan. Çempionat yeni başlayıb, heç də asan olmayacaq.

– Uroş Matiçin oyunu sizi qane edir?
– Maksimum çalışır ki, verilən tapşırıqları yerinə yetirsin. Onun komandaya uyğunlaşması üçün vaxt lazımdı. Belə oyunundan razıyam. Hamımız istəyirik ki, hücumda daha aktiv olsun. Çempionatda rəqiblər bizlə oyunda daha çox müdafiə olunur. Belə hallarda ustalıq səviyyəsi yuxarı olan futbolçulara daha çox ehtiyac yaranır. Hücum xəttimizdə olan itkilər bizə bir az problem yaradır.

– Növbəti oyuna yeni futbolçu transferi ola bilər?
– Xeyr, düşünmürəm. Alınma ehtimalı çox azdı.

– Son 7 ildə “Qarabağ”ın belə başlaması yadımıza gəlmir. Belə bir situasiyanı nəylə bağlayırsız?
– Nüanslar çoxdu, yəni, əvvəlcə elə pandemiyadan başlamaq lazımdı. Komandada həddindən artıq dəyişikliklər oldu və onlar da uzun müddət bizlə idi. Düzdü, vaxtilə 2-ci heyətlə də çempionatda qələbə qazanmışıq. Amma son zamanlarda bizim 2-ci heyətimiz də əsas heyətlə eyni səviyyədə olurdu. Hər il eyni səviyyədə mövsümə başlamaq çətindi. Nə vaxtsa problemlərimiz olmalıdı və bunu böyük klublarda da görürük. Biz yenə də çalışırıq ki, səviyyəmizi qoruyaq. Çempionatdakı komandalar da artıq bir-birini yaxşı tanıyır. Çalışırıq ki, işimizi düzgün və səbrlə edək. Ola bilər ki, nəticə olmasın, hər şey ola bilər. Amma əsas olan nəticənin necə olacağıdır.

– İsmayıl İbrahimli oyuna sanki yaxşı başlamadı.
– Xeyr, belə düşünmürəm. Bu oyuna çıxmaq İsmayıl üçün elə də asan deyildi.

– İstədiyiniz futbolçuları gətirə bilmədiyiniz üçün heyədə problemlər yaranıb?
– Fərqli-fərqli fikirlər söyləyə bilərəm. Biz sponsorlarımızı, klubu da nəzərə almalıyıq. Sabah necə olacaq bilmirik – çempionat dayanacaqmı, yoxsa davam edəcəkmi? Risklər böyükdü, bizim 3-4 perspektivli futbolçularımız var, onlara da şans vermək istəyirik. Onların təcrübələrinin artması mənim üçün çox vacibdi. Məncə, yaxşı komandamız və yaxşı nəticə əldə edə bilərik. Sadəcə hələ istədiyimiz idman formasında deyilik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail