"Bakı "nın futbolçusundan "İnter"i qıcıqlandıracaq açıqlamalar - MÜSAHİBƏ

05.03.2012 | 4416 dəfə oxunub

“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Vilsonun müsahibəsi: 
 
- “İnter” üzərindəki qələbəni necə şərh edərdiniz?
- Hesab edirəm ki, komanda fenomenal matç keçirdi və qələbəyə layiq idik. Müdafiədə çox yaxşı oynadıq. Qapımız qarşısında yaranan bütün təhlükələri vaxtında sovuşdura bildik.
 
- İkinci hissədə Elvin Məmmədovun qovulmasından sonra rəqibin oyunda dönüş yaradacağından qorxmadınız ki?
- Xeyr. Axı heç buna vaxtımız da yox idi. Biz hətta azlıqda qalanda da rəqibi öz qapısına sıxışdırmağı bacarırdıq. Mən deyərdim ki, onlar hətta qol epizodu da yarada bilmədilər. Əksinə, liderlərdən birini azlıqda qalmaqla udmağımız daha xoş oldu.
 
- “İnter”i yenə “Bakı” məğlub edə bildi. Görünür, bu mövsümdə onları məyus etmək ancaq sizə qismətdi...
- Biz bir daha sübut etdik ki, birinci dövrədəki qələbəmiz də təsadüfi deyil. “İnter”ə gəlincə, bu, tamamilə keçiləsi bir komandadı.
 
- Deməli, bu oyuna motivasiya olmaqda ilk dövrədəki qalmaqalın da rolu var idi?
- Bu haqda rəqib komanda daha çox düşünməliydi. Biz sadəcə növbəti qələbə barədə düşünürdük. “Simurq”un ardınca “İnter”i də yendik. İndi bu uğurun davamını gətirmək lazımdı.

- Öz qolunuzu necə dəyərləndirərdiz?
- İti bucaq altında qapıya yol tapmaq heç də həmişə mümkün olmur. Düzünü deyim ki, ötürmək vermək istəyirdim. Amma rəqib qapıçının çərçivəni tərk etdiyini görüncə, qapını nişan almağa qərar verdim. Şadam ki, məhz mənim vurduğum qol komandama belə vacib qələbə qazandırdı.
 
- Bu günlərdə sizi çempionatın digər lideri – “Neftçi” ilə də oyun gözləyir...
- İkinci pillədə gedən komandanı məğlub etdiksə, eyni uğuru liderlə qarşılaşmada niyə təkrarlamayaq? “Bakı” bir daha sübut etdi ki, həm müdafiədə, həm də hücumda əla oyun sərgiləyəcək gücdədi. “Qarabağ”la görüşdə sərgilədiyimiz oyun bir daha təkrarlanmayacaq.
 
- Deməli, komanda “Neftçi” üzərində qələbəyə xüsusi köklənəcək?
- Şübhəsiz. Axı bizə mütləq xal yığmaq lazımdı. Əks halda medallar uğrunda mübarizədə əsas rəqiblərimizdən uzaq qala bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail