Rza Çalımbay: "Azərbaycanda işləyə bilərəm, ancaq hələlik ciddi bir dəvət yoxdu" - MÜSAHİBƏ

05.03.2012 | 4841 dəfə oxunub

"Sivasspor" klubunun baş məşqçisi Rza Çalımbayın müsahibəsi

- Cihan Özkara ümidlərinizi doğruldur?
- Hələ gəncdi, təcrübəsi yetərli deyil. Əlbəttə, gələcəkdə daha yaxşı olacaq.

- Cihan sizin ona böyük ümidlər bəslədiyinizi deyib. Maraqlıdı, ondan nə gözləyirsiz?
- Təbii, Cihana ümidlərimiz böyükdü. Amma bunu gözləmək lazımdı, qısa zamanda olmaz. Yavaş-yavaş ümidləri tam doğruldacaq.

- O, son turlarda əsasən ehtiyatda qalır. Bunu nə ilə əlaqələndirmək olar?
- Cihan hələ çox cavandı. Hələ çox ehtiyatda qalacaq. Lazım olanda oynayacaq. Bilirəm ki, sonrası çox yaxşı olacaq və Cihanı tez-tez, hər matçda meydanda görəcəksiz.

- Türkiyə mətbuatında xəbərlər dolaşır ki, Özkaranı İstanbul nəhəngləri transfer etmək istəyir. - «Qalatasaray», «Fənərbağça» və «Beşiktaş»dan hansı biri futbolçu ilə daha ciddi maraqlanır?
- Xeyr, belə söhbət yoxdu. Cihan hələ gəncdi, belə tez bir zamanda olan şey deyil bu. Böyük klublar 1-2 ilə istəyə bilər onu. Qoy, tam alışsın Super Liqaya, sonra.

- Sizcə, Cihan hansı milli komandanı seçsə, uğur qazanar - Azərbaycan, yoxsa Türkiyəni?
- Məncə, Azərbaycanı seçməlidi. Orda oynasa, daha yaxşı olar.

- Nəyə görə məhz Azərbaycan?
- Türkiyəni seçsə, heyətə düşmək üçün çox gözləməlidi. Amma sizdə rahat oynaya bilər.

- Cihanın millimizin Dubaydakı toplanışına iştirakına icazə vermişdiz?
- Bəli, icazə vermişdim. Getdi və qayıtdı.

- Hazırlığın neçə keçməsi ilə maraqlandız?
- Yox, təzə gəlib. Hələ görüşməmişik. Yorğundu, gedib dincəlməyə.

- Ola bilər ki, o, Türkiyə millisini seçsin?
- Əlbəttə, Türkiyə Futbol Federasiyası istəsə, yəqin ki, burda çıxış edər. Amma məncə, Azərbaycanda oynaması yaxşıdı. Gənclər yığmanızda çıxış edib, oraları pis tanımır. Həm də ölkənizdə oynamaq şansı daha böyükdü.

- Cihan hələ yekun qərarını vermədiyini deyib. Sizdən məsləhət istəsə, nə deyəcəksiz ona?
- Yekun qərarı özü verməlidi. Haranı seçsə, qərar onundu. Bu barədə söhbətimiz olmayıb.

- Bəlkə siz özünüz ona deyəsiz ki, Azərbaycanı seçsin?!
- Bu, şəxsi işidi. Mən və heç kim ona qarışa bilməz. Cihana meydançada lazım olan hər cür məsləhəti verərəm. Onu eləmə, bunu elə. Amma bunlar ayrı şeydi. Onu şəxsi seçimindən kimsə döndərə bilməz. Necə istəsə, ona uyğun da seçim edəcək.

- Ailəsinin və menecerinin nə düşündüyü ilə maraqlanmısız?
- Yox, bilmirəm.

- Hücumçunun «Sivasspor»a keçidi necə oldu?
- Mən onu Almaniyadan almışam.

- Özünüz gedib baxdız oyunlarına, yoxsa menecerlər məsləhət gördülər?
- Biz Cihanı çoxdandı təqib edirdik. Bilirdik ki, Almaniyada belə futbolçu var, gənc və perspektivlidi. Doğrudu, bu mövsüm tam güclə oynayacaq vəziyyətdə deyil, hələ çox çalışımalıdı. Tələsməyə ehtiyac yoxdu. Bir ildən sonra hazır olacaq. Onun da vaxtı gələcək. Özünə də demişəm ki, narahat olmasın, durmadan öz üzərində çalışsın.

- Klubunuzla müqaviləsi nə qədərdi?
- Üçillik anlaşmamız var.

- «Sivasspor»da başqa azərbaycanlı futbolçuları görə bilərik?
- Əlbəttə, yaxşı olsa, alarıq. Bizim üçün heç bir problemi yoxdu.

- Necə fikirləşirsiz, əgər Cihan Azərbaycanı seçsə, uğur qazana biləcək?
- Hər şey onun özündən asılıdı.

- Bu, faktdı ki, Azərbaycanla Türkiyə arasında ciddi fərqlər var. Əgər Cihan bizim ölkəni seçsə, ola bilər ki, «Sivasspor»da əsas heyətə düşməsin?
- Formada olandan sonra hər zaman oynayar, özünə bağlı məsələdi bu.

- Komandanız yaxşı oyun sərgiləyir, təcrübəli futbolçularınız var. Amma nəticələrdə sabitlik çatışmır. Bunun səbəbini müəyyənləşdirə bilmisiz?
- Belə deməzdim. Statistikaya baxın, səfərdə ən çox qol vuran komanda məhz «Sivas»dı. Öz meydanında ən az məğlub olan komanda da bizik.

- Bəlkə Azərbaycanda işləsəz, daha yaxşı olar sizin üçün?
- Əlbəttə, ola bilər, niyə də yox?

- İndiyə qədər millimiz, yaxud klublarımızdan sizə təkliflər olub?
- Dəvət olub, amma həmin məqamda işləyirdim. Əgər milli komanda, yaxud güclü bir klub olsa, gələrəm.

- Dəvət hardan idi: millidən, yoxsa «Xəzər Lənkəran»dan?
- Düzünü desəm, adı yadımda deyil. Azərbaycan klublarının ikisindən təklif var idi. Amma adlarını xatırlamıram.

- Adlarını çəksəm, xatırlaya bilərsiz?
- Nə bilim…

- «Neftçi», «Xəzər Lənkəran», «Bakı», «Qarabağ», «Qəbələ»...
- Vallah, yalan demiş olaram. Sizə bir şey deyim, əgər yaxşı dəvət olsa, yəni, 3-4 illik təklif gəlsə, qəbul edərəm. Burada heç bir problem yoxdu.

- Sivaslılarla müqaviləniz nə qədərdi?
- Birillik. Yayda başa çatacaq. Mən həmişə bir illik bağlayıram.

- Klubda qalacaqsız?
- İndiki məqamda heç nə demək olmaz. Hələlik bəlli deyil. Superliqada sezonun ən vacib hissəsinə gəlib çatmışıq. Altı tur qalıb pley-offa. Bu oyunlarda qələbə qazansaq, avrokuboklara gedə bilərik. Hələ ki işlərimiz yaxşıdı. Mövsümün başa çatmasını gözləyirəm.

- 2006-cı ildə sizin «Xəzər Lənkəran»la danışıqlar apardığınız haqda xəbərlər yayılmışdı. Anlaşma nəyə görə alınmamışdı? Ümumiyyətlə, belə bir sözləşmə həqiqətən olmuşdu?
- Doğrudu idi, o vaxt aramızda sıx danışıqlar olmuşdu.

- Bəs niyə gəlmədiz Azərbaycana?
- Həmin vaxt işləyirdim, ona görə.

- Axı siz «Beşiktaş»dan yeni ayrılmışdız...
- Bilirəm, amma dərhal başqa kluba keçmişdim.

- O vaxt demişdiz ki, əgər Lənkəran»dan ciddi təklif gələrsə, razılaşaram, amma hələlik yox.
- Təbii, Azərbaycanda işləyə bilərəm, ancaq hələlik ciddi bir dəvət yoxdu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail