De Byazzi: "Düz yoldayıq" - MÜSAHİBƏ

30.03.2021 | 3875 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Bakıda Serbiya millisinə 1:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu nəticədən sonra əhvalınız necədir?

- Özümü yaxşı hiss edirəm. Nəticəyə görə məyusam. Yaxşı nəticəyə köklənmişdik. Rəqibin hücumçusu Mitroviç 3 oyunda 5 qol vurub. Bu gün iki zərbə vurdu, hər ikisi qolla nəticələndi. Bizim isə 4 qol epizodumuz oldu, ancaq yararlana bilmədik. Fərq elə bundadır. Futbolçularıma oyundan sonra təşəkkür etdim. Çünki çox güclü komanda ilə oynayırdıq. İrəliləməkdə, inkişaf etməkdə davam edəcəyik.

- Reallıq budur ki, seçmə mərhələnin ilk iki oyununda xal qazana bilmədik. Yaxın gələcək üçün azarkeşlərə ümidverici nəsə deyə bilərsiniz?

- Kim oyunlarımıza baxsa, görər ki, pozitiv hallar çoxdur. Güclü rəqiblərlə oynadıq. Bu gün son 10 dəqiqədə uduzduq.

- Sizdən əvvəlki baş məşqçi Emin Mahmudovu milliyə dəvət etmirdi və bildirirdi ki, sisteminə uyğun deyil. Sizin Namiq Ələsgərovla bağlı narazılığınız nədir?

- Bütün oyunçuların klubdakı çıxışına da, məşqlərinə də baxıram. Namiqi kənara atmamışam. Onunla bağlı böyük ümidlərim var. Sadəcə, bu gün fiziki cəhətdən güclü rəqiblə oynayırdıq. Bu görüş ona görə deyildi.

- Anatoli Nuriyevin meydandan çıxarkən etiraz edirdi...

- Özü əvəzlənmək istədi. Hətta dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Onlar özü əvəzləmək istəyirdi.

- İstədiyiniz komandanı formalaşdırmaq və final mərhələsinə daşımaq üçün nə qədər vaxt lazımdır?

- Albaniya ilə Avropa çempionatına çıxmaq üçün 4 il vaxt lazım oldu. İlk iki ildə komandanı qurduq. Sonra Serbiya, Danimarka və Ermənistanı geridə qoyaraq Avropa çempionatına yollandıq.

- Dörd ildən sonra milli üzvləri rəqibdən utanmadan meydana çıxıb mübarizə apara biləcəklər?

- Bu gün yaxşı oynadığımızı fikirləşirəm. Güclü komandaya qarşı fiziki cəhətdən yaxşı mübarizə apardıq. Düz yoldayıq. Bilirəm ki, asan deyil. Asan iş də xoşuma gəlmir. Görürəm ki, uşaqlar da yavaş-yavaş məni başa düşürlər. Fiziki durumumuz da yaxşı olacaq. Altı gün əvvəl Portuqaliya ilə oynadıq. Bu gün ikinci hissədə bəzi oyunçuların gücü çatmırdı.

- Bu oyun fəlsəfəsinə bundan sonra da sadiq qalacaqsınız?

- Yaxşı sualdır, hətta gülmək istəyirəm. Dünən uşaqlarla bu barədə danışdım. Dedim ki, reytinq baxımından qrupda 5-ciyik. Burada qalmaq istəyirik? Əgər dəyişmək istəyiriksə, heç nədən qorxmamalıyıq, sona kimi mübarizə aparmalıyıq. Bu gün ilk hissədə ev tapşırığından qol vura bilərdik. Fikirləşirəm ki, bu fəlsəfə ilə davam edəcəyik. Belə güclü rəqiblərə qarşı olmayacaq. Onların oyunçularının çoxu Avropanın aparıcı klublarında çıxış edir. Bizdə legioner təkcə Nuriyevdir, o da Ukraynanın 13-cü komandasındadır.

- Qeyd etdiniz ki, cəmi 1 legionerimiz var. Eddi İsrafilov, Dmitri Nazarov kimi oyunçuların üstündən birdəfəlik xətt çəkildi?

- Hazırda daha çox bizim çempionatda olanları çağırırıq. Çünki onlarla işləmək daha asan olar. Gənc komandayıq, formalaşırıq. Çalışırıq ən doğru yolla gedək. Son illər millidə nəticələr yaxşı deyil. Bu tendensiyanı dəyişməyə çalışacağıq.

- Aleksey İsayev debüt oyunundan sonra erməni şəxsin paylaşımına “qardaşım” yazıb. Onu milliyə dəvət edərkən ictimaiyyətin fikrini nəzərə alacaqsınız?

- O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də yazdığını sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşüb.

Sabiq komandanız Albaniyalı futbolçularda hansı müsbət xüsusiyyət var ki, bizim futbolçularda yoxdur?

- Bəzi səbəblərdən 90-cı illərdə çoxlu albaniyalı Avropaya köçmüşdü. Mən yeni gələndə vəziyyət gərgin idi. Azarkeşlər inanmırdı biz Avropa çempionatına çıxarıq. Amma biz bunu bacardıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail