Hafiz Məmmədov super transfer edəcəklərinə söz verdi - MÜSAHİBƏ

12.03.2012 | 7429 dəfə oxunub

“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun mwsahibəsi: 

- İlk növbədə, Sizi AFFA-nın İcraiyyə Komitəsinə yenidən üzv seçilməyiniz münasibətilə təbrik edirik… 
- Təbrik üçün çox sağ olun. Növbəti dəfə AFFA-nın prezidenti seçilməsi münasibətilə Rövnəq Abdullayevi təbrik edirəm. Onun işgüzarlığına bələdəm və fəaliyyətində uğurlar arzulayıram. Futbol zaman tələb edən sahədir. Bu gün həyata keçirilən işlərin nəticəsini qısa zaman ərzində görə bilmərik. Futbolu inkişaf etdirmək üçün müəyyən qədər zamana ehtiyac var. Aşağı yaş qrupları üzrə yarışlarda mübarizə aparan gənc oyunçular yaxın gələcəkdə milli komandamızın üzvləri olacaqlar. Hamımız birlikdə çalışmalıyıq ki, Azərbaycan futbolunu inkişaf etdirək. U-17 qadınlararası dünya çempionatının ölkəmizdə keçirilməsi ondan xəbər verir ki, Azərbaycan hər sahədə olduğu kimi, futbolda da təşkilatçılıq xüsusiyyətlərini yüksək səviyyədə göstərəcək.

- 2011-ci ildə “Bakı” klubunun çıxışını necə dəyərləndirirsiniz? 
- Əgər komanda yüksək nəticə qazanmayıbsa, deməli, il bizim üçün uğursuz keçib. Ancaq digər sahələrdəki uğurları qeyd etməliyəm. Ötən mövsüm U-15 və U-17 komandamız AFFA-nın təşkil etdiyi çempionatda çempion oldu. Uşaq futbolunda böyük nəticələr qazandıq. Ən böyük uğurlarımızdan biri isə “Bakı” futbol klubu ilə yanaşı, “Bakı” voleybol komandasının və “Bakı” İdman klubunun yaradılmasıdır. Yaxın gələcəkdə klubumuzun nəzdində cüdo, boks, güləş və sair idman növləri üzrə bölmələr yaradılacaq.

- “Bakı” cari mövsümdə Unibank Premyer Liqasının final mərhələsinə vəsiqə əldə etsə də, çempionluq şansı o qədər də yüksək deyil…
- Komandamız ötən il olduğu kimi, bu mövsüm də ilk “altılığ”a çətin vəsiqə qazandı. Amma komandanın nəticələri məni heç qane etmir.

- Rəhbərlik etdiyiniz klub qış transfer dövründə 4 futbolçunu komandaya cəlb etdi. Yeni transferlərin oyununu necə qiymətləndirirsiniz? 
- Onların oyunlarını izləmişəm. Səviyyəli futbolçulardır. Ancaq nədənsə hələ öz oyunlarını tam nümayiş etdirə bilmirlər. Bunu da təbii qarşılamaq lazımdır. Yeni futbolçuların komandaya uyğunlaşması üçün bir qədər zamana ehtiyac var. Ümumilikdə, komandanın oyunu mane qane etmir.

- “Böyük Bakı–2012” layihəsi çərçivəsində görülən işlərlə bağlı nə deyə bilərsiniz? 
- Bildiyiniz kimi, layihəyə əsasən əsas komandamız avrokuboklarda qrup mərhələsində mübarizə aparmalı, kubun təlim-məşq bazası istifadəyə verilməli və aşağı yaş qrupu üzrə komandaları formalaşdırılmalı idi. Əsas komandanı çıxmaq şərtilə, digər işləri yüksək qiymətləndirirəm. Respublika Prezidenti cənab İlham Əliyevin iştirakı ilə klubumuzun müasir standartlara cavab verən təlim-məşq bazasının açılışı oldu. Bundan əlavə, klubumuzun nəzdində akademiya fəaliyyətə başladı. Hansı ki, həmin akademiyada 400-dən artıq yeniyetmə futbolun sirlərini öyrənir. 10 komandamız ölkədaxili çempionatlarda iştirak edir. Bir sözlə, əsas komandanın çıxışını nəzərə almasaq, “Böyük Bakı-2012” layihəsi 90 faiz uğurla həyata keçirilib.

- Bildiyimiz qədər, təlim-məşq bazasında əlavə meydançaların da tikilməsi nəzərdə tutulub…
- Bəli, bazada daha 5 meydança salınacaq. Birinin üstü qapalı olacaq. Əsas komandanın oyunlarını keçirdiyi meydançanın ətrafı tribunalarla örtüləcək və tamaşaçı tutumu bir qədər də artırılacaq. Layihəyə əsasən, 3 və ya 4 ulduzlu 150-200 nəfərlik otel tikiləcək. Voleybola da böyük əhəmiyyət veririk. Azərbaycan Voleybol Federasiyasının binası da orada olacaq. “Bakı” İdman klubu olaraq digər idman növləri üçün də yüksək səviyyəli infrastruktur qurulmalıdır. Bütün bu işlərin U-17 qadınlararası dünya çempionatının startınadək başa çatdırılması planlaşdırılır. Ola bilər ki, qapalı meydança bir qədər gec təhvil verilsin.

- “Bakı” adətən etdiyi transferlərlə diqqət çəkir. Növbəti transfer dövründə yenə adlı-sanlı futbolçuların heyətə cəlb edilməsi planlaşdırılırmı? 
- Əlbəttə, nəticədən çox şey asılıdır. Nəticəmiz yaxşı olsa, super transferlərimiz olacaq. Amma yüksək nəticə qazanmasaq belə, “Bakı” həmişə iddialı klub olub və olacaq. Heyəti gücləndirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail