Əfran İsmayılov: "Futbolumu oynadıqda mükafatlar gələcək" - MÜSAHİBƏ

15.03.2012 | 5643 dəfə oxunub

Premyer Liqada fevral ayının ən yaxşı futbolçusu seçilən “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi:

- Fevral üçün Premyer Liqada ayın futbolçusu seçilməyiniz nə dərəcədə gözlənilməz oldu? 
- Mən heç vaxt fərdi mükafatlar haqda düşünmürəm. Yalnız öz futbolumu oynamaq haqda fikirləşirəm. Bilirəm ki, futbolumu oynadıqda mükafatlar gələcək. Məni ən yaxşı seçənlərə isə minnətdaram.

- Bu, karyeranızda ikinci belə tituldur... 
- Bəli, əvvəl bir dəfə ayın futbolçusu seçilmişdim. Çalışacağam ki, daha yaxşı oynayım. 

- 2009-cu ilin dekabrında qazandığınız ayın futbolçusu mükafatını 2-ci dəfə qazanmaq üçün çox gözləməli oldunuz... 
- Bu müddətin təxminən 1 ilini zədəli oldum. Sonra 6 ay özümə gəlmək üçün mənə vaxt lazım idi. Belə zədədən sonra qayıtmaq çox çətindir. Şükür Allaha ki, bunu bacardım. 

- Sorğuya qatılsaydınız kimə əs verərdiniz. Fevralın ən yaxşısı olmağa başqa kim layiq idi? 
- Georgi Adamiya. Mən ona səs verərdim. Lakin məni seçiblər. Görünür, vurduğum qolla yanaşı, oyunumu da qiymətləndiriblər. 

- Fevralda həm “Bakı”, həm də “Kəpəz”i quru hesabla məğlub etdiniz. Bunda Boyan Pavloviçin də rolu az deyildi. Onun ən yaxşı olmamasına necə baxırsınız? 
- Boyan da, Adamiya da ən yaxşı olmağa layiq idi. Əslində, hansımızın seçilməsinin fərqi yoxdur. Əsas odur ki, “Qarabağ” öz futbolunu oynayıb nəticə qazanır və bizim futbolçu ən yaxşı seçilir.

- “Qarabağ” ardıcıl 5 oyundur qələbə qazanır. Uğurunuzda yəqin ki, bunun da rolu olub? 
- Meydana çıxıb, futbolumuzu oynayırıq. Buna qiymət verilməsi də sevindiricidir.

- Bu qələbələrdən sonra liderlə xal fərqini azaltmısınız. İndi çempionluq şansları necə görünür? 
- Çempionluq haqda düşünmürük. Başımızı aşağı salıb, futbol oynayırıq. Bunu etdikdə nəticə də gələcək. Rəqiblərimizin xal itirməsinə fikir vermirik. Əsas odur ki, biz yaxşı oynayıb, istədiyimiz nəticəni qazanaq. Hər oyuna həmin matçı düşünərək çıxırıq. Qarşıda “Qəbələ” ilə çətin oyunumuz var. 

- Bu komanda ilə keçirdiyiniz kubok oyunu haqda nə düşünürsünüz? 
- Çox çətin oldu. Rəqib güclü olduğundan matçın belə keçəcəyini bilirdik. Ən əsası odur ki, çətin səfərdə uduzmadıq. Qəbələdən heç-heçə ilə qayıda bildik. Quzanlıdakı cavab oyunu da çətin olacaq. Lakin kubok matçları da bizim üçün çox vacibdir. Çalışacağıq ki, yaxşı nəticə qazanıb mərhələ adlayaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail