Tuyqun Nadirov: “Xəzər Lənkəran” komanda olaraq, "Bakı"yla oyuna hazır deyildi" - MÜSAHİBƏ

23.03.2012 | 7225 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi:

- Baş məşqçi dəyişikliyi və 1 aylıq fasilədən sonra Lənkərana qayıtması ilə əlaqədar komandanızdan qələbə gözlənilirdi. Ancaq hesabat turunda “Bakı”ya 0:1 hesabı ilə uduzdunuz...
- Bildiyiniz kimi, komandamız “Bakı” ilə oyuna yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında çıxmışdı. Hər bir mütəxəssisi baş məşqçini təyin edəndə, ona vaxt vermək lazımdır. Amma Hüseynovun belə imkanı olmadı və məğlubiyyəti məhz bu amillə əlaqələndirərdim. Yəni, “Xəzər Lənkəran” komanda olaraq, həmin oyuna hazır deyildi. Digər tərəfdən, şans söhbəti də var. Komandamız 1-ci hissədə daha yaxşı oynadı, fasilədən sonra da müəyyən epizodları oldu, ancaq şanssızlıq nəticəsində qol vura bilmədi.

- Elə Hüseynov da matçdan sonra futbolçuların çıxışından narazı qaldığını bildirmişdi...
- Bəli. Baş məşqçinin hardasa qısa zaman ərzində futbolçuların durumu haqda məlumatı olur. Biz də uduzmağı istəməzdik. Xeyli xal itkilərimiz oldu. Növbəti turlarda daha uğurlu çıxışa ümid edirik. Hələlik şans var və “Xəzər Lənkəran” layiq olduğu pilləyə yüksələcək.

- Mövsümün qızğın vaxtında baş məşqçi postunda dəyişiklik etmək riskli idi. Ancaq “Xəzər Lənkəran” rəhbərliyi bundan çəkinmədi. “Bakı”ya uduzandan sonra verdiyiniz qərarla bağlı bədbinliyə qapılmadınız ki? 
- Şəxsən mənim fikrimcə, baş məşqçi dəyişikliyi qaçılmaz idi. Son sözü isə təbii ki, klubun prezidenti Mais Mənsimov deyir. Amma mətbuatda belə fikirlər səslənir ki, guya Hüseynovu komandaya “Xəzər Lənkəran” rəhbərliyi yox, başqaları gətirib. Bunlar hamısı əsassız söhbətlərdir. Yunis Hüseynovla əvvəlcədən yaxşı münasibətlərimiz, ortada qarşılıqlı hörmət olub. Məhz Mais müəllimin təşəbbüsü ilə Hüseynov komandaya dəvət olundu. 

- “Başqaları” deyəndə, burda daha çox qapıçı Kamran Ağayevlə seleksiyaçı məşqçi Zaur Ramazanovun adları hallanır. 
- Bircə onu deyə bilərəm ki, biz Yunis Hüseynovla danışıqları bitirəndən sonra Zaurun bu təyinatdan xəbəri olub. Bunu Yunis müəllim də təsdiqləyə bilər.

- Bəs Kamran? Onun zədə üzündən “Bakı” ilə görüşədək oynamamağı müəyyən söz-söhbətlər yaratdı...
- Bu məsələyə bizimlə yanaşı, Kamran da aydınlıq gətirib. Millinin toplanışı zamanı zədə almışdı. Bu səbəbdən gərək “Sumqayıt”la matçı buraxıb, sonra oynayardı. Təəssüf ki, Kamran “Sumqayıt” qarşı oynamaqla, zədəsini daha da ağırlaşdırdı. Nəticədə sonrakı qarşılaşmada meydana çıxa bilmədi. O, zədəsi sağaldığı üçün meydana çıxmışdı, Hüseynov baş məşqçi postuna gəldiyinə görə yox.

- Dediniz ki, baş məşqçi dəyişikliyi qaçılmaz idi. Bir qədər ətraflı danışardınız: Cüneyt Biçərin gedişi nəyə görə vacib idi?
- Təbii, bizim Biçərə hörmətimiz var. “Qarabağ”a məğlubiyyətdən (0:1) sonra klub rəhbərliyi toplantı keçirdi. Həmin iclasda Biçər özü getmək istədiyini bildirdi. Hətta bu barədə mətbuata da açıqlama vermişdi. “Qarabağ”la qarşılaşmadan sonra klub prezidentinə demişdi ki, baş məşqçi postuna başqa mütəxəssisin həvalə olunmasını, özünün isə yenidən uşaq futbol məktəbində çalışmasını istəyir. Aydın məsələdir ki, adam öz işində çalışmaq istəmirsə, deməli, nəsə bilir. Biz də onu anladıq və qərar verdik ki, yeni baş məşqçi dəvət edib, mövsümü onunla başa vuraq.

- Kubokda “İnter”ə 2:3 hesablı yenilgidən sonra azarkeşlər Biçəri istefaya səslədilər. Bəs türkiyəli çalışdırıcı postundan getmək istəyində olmasaydı, rəhbərliyin onu işindən azad etməsi gündəmdə idi?
- Komanda udar da, uduzar da, bu, normal haldır. Sadəcə, rəhbərlik “Qarabağ”la uğursuz oyundan çox narazı idi. Söhbət uduzmaqdan getmir. Komandanın ümumi oyununu nəzərdə tuturam. İkinci hissədə rəqib qapısına normal hücum olmadı. Bu, nə deməkdir? Çox şeylərə varmaq istəmirəm. Bunlar bizi və baş məşqçinin özünü də narahat etməyə bilməzdi. 

- Yunis Hüseynov 3 ildir işsiz idi. Onun bundan öncə baş məşqçi postuna gətirməyiniz gündəmdə olub?
- Xeyr. Dediyim kimi, Yunis müəllimin komandamıza dəvət olunmağı qısa zaman ərzində reallaşdı. Prezidentimiz ona həmişə perspektivli, bacarıqlı məşqçi kimi baxıb. Hüseynova rəğbəti olduğu üçün öz komandasında görmək istəyib.

- Bəzi fanatlar elə debütündən sonra Hüseynovu da istefaya səslədilər. Bu məsələ nə vaxtadək davam edəcək?
- Bu, xoşagələn hal deyil. Ancaq bunu bütün azarkeşlərə şamil də etmək olmaz. Sadəcə, 2-3 nəfər var ki, böyük kütlədə istefa fikri yaradıb. Şəxsən mən azarkeşin stadionda “istefa” sözünü səsləndirməsinə qarşıyam. Azarkeş elə dəstək verməlidir ki, komanda meydanda ruhlansın, futbolçu zəif oynayanda vicdan əzabı çəksin. 

- Yeri gəlmişkən, bizdə olan məlumata görə, Yunis Hüseynovun 3 ildir işsiz qalmasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də rolu olub. Hüseynovla yanaşı, elə sizin də Musayevlə münasibətlərinizin yaxşı olmadığı məlumdur. Ola bilərmi ki, Hüseynovu istefaya səsləməklə, həm də sizə təzyiqlər başlayıb? 
- Azarkeşlər bir şeyi başa düşməlidirlər ki, onsuz da bu gün “Xəzər Lənkəran”ı istəməyən yetərincə insanlar var. Sizinlə razıyam, ola bilsin Yunis Hüseynovun komandamıza gətirilməsi kiminsə xoşuna gəlməsin. Belələri digər klublarda, futbol qurumlarında, mətbuatda da var. Bəzi saytlar, jurnalistlər var ki, reklam vermədiyimiz üçün “Xəzər Lənkəran” haqda nə gəldi yazırlar. Amma komandamızın bir prinsipi var və bununla da gedir. Həmin prinsipləri də klubda quran insanlar var. Klub prezidenti daim “Xəzər Lənkəran”ın yanındadır. Komandanın oyunlarına gedib canlı izləyir. Hər halda, komanda üçün nəyin yaxşı, nəyin pis olduğunu prezidentdən daha yaxşı heç kim bilə bilməz.

- “Xəzər Lənkəran” rəhbərliyi 2 illik fasilədən sonra yenidən azərbaycanlı baş məşqçiyə güvənməyə qərar verdi. Belə demək olarmı ki, tez-tez baş məşqçi dəyişikliyi gözlənilmir və Hüseynova ən azı növbəti mövsümdə də şans veriləcək?
- Hüseynovla 2 illik müqavilə bağlanılıb, qarşıya məqsəd qoyulub. Burada söhbət yalnız çempion olub, kuboku qazanmaqdan yox, avrokuboklarda layiqli çıxış edən komanda qurmaq, komandaya yerli futbolçuların cəlb edilməsinə daha çox önəm verməkdən gedir. Bilirsiniz ki, klubumuzun prezidenti keçən yay bir proqram, qərar imzalamışdı. Bu da “Xəzər Lənkəran”a cəlb olunan futbolçular, klubda aparılan işlər, transfer siyasəti ilə bağlıdır. Biz də buna keçən ildən riayət edirik. Əlbəttə, Yunis müəllim müqavilə imzalamamışdan qabaq bunların hamısı ilə yaxından tanış olub və bir növ qəbul edib. İnşallah, bu işlərin də öhdəsində gələr.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail