Altay Əliyev: "Yeni mövsüm ərəfəsində daha möhtəşəm kampaniya keçirmək niyyətindəyik”

25.05.2012 | 27587 dəfə oxunub

Artıq 3 aya yaxındır fəaliyyətə başlayan www.etopaz.az saytı sıralarını və əhatəsini genişləndirməkdədir. Azərbaycanda ilk rəsmi virtual mərc oyunu olan www.etopaz.az –ın hazırkı hədəfi qarşıdakı Avropa çempionatına qədər müştərilərə daha rahat bir xidmət göstərməkdir. NETBET şirkətinin baş direktoru Altay Əliyev artıq bu gündən etibarən NETMONEY kartları vasitəsilə də ödəmə etməyin mümkünlüyü barədə danışıb: “Fəaliyyətə başlayanadan bu günə qədər yalnız 1 ödəmə kanalımız mövcud idi. Müştərilər istənilən bank kartı vasitəsilə qeydiyyatdan keçdikdən sonra balanslarına pul yatıra və saytımızda rahat şəkildə oynaya bilərdilər. Bu gündən etibarən isə daha bir ödəmə kanalımız açıldı. Artıq geniş populyarlıq qazanmış NETMONEY kartlarını alıb, üzərlərindəki şifrəni pozub istənilən oyunçu virtual balansını artıra bilər. Əvvəldən də qeyd etdiyimiz kimi ETOPAZ heç bir ödəmə vasitəsində müştərilərdən komissiya tutmur. Yalnız bank əməliyyatları zamanı plastik kartın məxsus olduğu bank faiz tuta bilər ki burada da biz bir qədər işlər görməyə çalışmışıq. Belə ki bir neçə bank bizim müraciətimiz əsasında müştərilərə güzəştlər tətbiq etməyə başladılar. Bu barədə daha geniş məlumat www.etopaz.az saytında yerləşdirilib”.

Günü gündən böyüdüklərini deyən A.Əliyev hazırda 5000-ə yaxın üzvlərinin olduğunu söyləyib. Baş direktor NETMONEY xidməti ilə yanaşı digər alternativlərin də hazırlandığı və Avropa çempionatına qədər yetişdirməyə çalışdırdıqlarını diqqətimizə çatdırıb: “Azericard prosesinq mərkəzi ilə əməkdaşlıqdan tam razıyıq. Müştərilərimiz rahat pul qoya, eyni zamanda qazanclarını asan şəkildə hesablarına köçürə bilirlər. Hazırda golden pay, pay point və Bank of Azerbaijanla danışıqlarımız gedir. Müştərilər istənilən banka yaxınlaşıb nağd şəkildə balanslarına pul qoya və pul götürə biləcəklər. Eyni zamanda istənilən pay point məntəqəsindən də ödəniş etmək mümkün olacaq. Bundan sonra SMS variantı üzərində çalışacağıq. Yəni oyunçular istənilən operatordan qısa nömrəyə SMS göndərib balanslarına pul yatıra biləcəklər”. 

Yaxın gələcəkdə bir çox sürpriz kampaniyalar keçirəcək www.etopaz.az hazırda bütün diqqətini Avro 2012-yə yönəldib. Artıq saytın 2 müştərisi Ukraynadakı oyunlardan birinə vəsiqə qazanıb. 1 müştəri isə qiymətli hədiyyə almağa çox yaxındır. “Avropa çempionatı qitənin, bəlkə də dünyanın ən nüfuzlu turnirlərindən sayılır. Biz müştərilərimizi bizimlə oynayıb, bizimlə qazanmağa çağırırıq. Kampaniyamız Avropa çempionatı ilə yekunlaşmayacaq. Yeni mövsüm ərəfəsində daha möhtəşəm kampaniya keçirmək niyyətindəyik”. 

Hazırda müştərilərin əsas marağı canlı mərc oyunları ilə bağlıdır. Bununla bağlı Azərintelktekin böyük işlər gördüyünü bildirən Altay Əliyev yaxın gələcəkdə müştərilərin arzularının gerçəkləşəcəyini və canlı mərcin də başlayacağını deyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail