Letuvos Ritas, PAOK və Benettonun ortaq istəyi "Topaz"da!

03.12.2011 | 10335 dəfə oxunub

Lokaut elan ediləndən sonra Milli Basketbol Asossasiyası azarkeşlərinin mütləq əksəriyyəti diqqətini Avropa basketboluna yönəldib. MBA azarkeşlərinin Azərbaycanda da sayının kifayət qədər çox olduğunu düşünsək, o zaman qitənin basketbol arenalarında baş verənləri təqib edənlər arasında azərbaycanlıların da çox olduğu qənaətinə gələrik.
 
Topaz isə futbolsevərlər kimi basketbola könül verənlərin də maddi rifahını yüksəltmək üçün əlindən gələni əsirgəmir. Basketbol üçün tərtib etdiyimiz proqram ən azı futbol proqramı qədər rəngarəng və zəngindi. Ümumiyyətlə, basketbolun bütün qarşılaşmalarının təkli matç olduğunu, qazanmaq üçün daha əlverişli olduğunu qeyd etməliyik. Nəzərə alsaq ki, basketbolda güclülərin sensassiyaya imkan vermək şansı aşağıdı, o zaman bu sahəyə diqqət ayırmağa dəyər. Topaz məntəqələrinə yaxınlaşarkən, basketbol matçlarına da mərc verməyi unutmayın.
 
Bugünkü proqramımızda nüfuzuna görə qitənin ikinci ən böyük çempionatının – Avrokubokun qarşılaşmalarına yer vermişik. Bu birincilikdə ötən mövsümədək Avroliqada mübarizə aparan, əldə etdiyi nəticələrlə geniş əks-səda doğuran “Letuvos Ritas”, PAOK və “Benetton” kimi komandaların qızıl medalları hədəf seçməsi, çox şeydən xəbər verir. Bu siyahıya “Ximki”ni, eləcə də “Aris”i də əlavə etmək mümkündü. Onların ortaq istəyi Avrokubok birincisi olaraq yenidən Avroliqaya yüksəlməkdi. Məhz Topaz-la siz bu və digər komandaları təqib edə-edə pul qazanmaq imkanına maliksiz.
 
İlk matçda “KRKA”nı səfərdə məğlub etməklə azarkeşlərini sevindirən, “Letuvos Ritas” Vilnusda Maripul “Azovmaş”ını qəbul edəcək. Ölkəsinin ən böyük media holdinqlərindən birinin maliyyələşdirdiyi Litva klubu matçın mütləq favoritidi. Belə və ya əksini düşünənlər mütləq Topaz-da mərc etsinlər. Axı Topaz-ın yarandığı gündən 2 əsas məqsədi var: Azərbaycan idmanına və azarkeşlərinə xidmət etmək.
 
Günün ən maraqlı qarşılaşmalarından biri də son iki ildə çətin günlərini yaşayan, hazırda toparlanaraq həm Almaniyada, həm də qitəmiqyaslı turnirlərdə yenidən başarılı olmağa çalışan “Alba”dı. Müstəqillik qazanandan sonra futbolda olduğu kimi basketbolda da adından söz açdırmağa çalışan “Buduçnost”, Berlində “Alba”ya acı sürpriz yaşatmağa çalışacaq. Mütəxəssislər tərəfindən Almaniya təmsilçisi favorit göstərilsə də, çernoqoriyalılardan sürpriz gözləməyə dəyər. Çünki Serbiya ilə yollarını ayırandan sonra basketbol mütəxəsislərinin önəmli bir hissəsi Çernoqoriyanın payına düşdü. Qarşılaşma haqda hansısa mülahizəniz varsa, Topaz-a tələsin!
 
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail