Orxan Səfərov: "Finalda mənə bir az çətin oldu"

14.05.2017 | 4553 dəfə oxunub

“Qalib gəldiyim üçün çox sevincliyəm. Ölkəmizdə keçirilən belə mötəbər yarışlarda bir azərbaycanlı kimi, qalib gələrək, öz himnimizi doğma divarlar arasında səsləndirmək istəyirəm”.

Stadium.Az xəbər verir ki, bunu cüdoçu Orxan Səfərov deyib.

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan 26 yaşlı idmançımız 60 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, qızıl medala sahib çıxıb.

Səfərov jurnalistlərə açıqlamasında üz-üzə gəldiyi bütün rəqiblərin ona tanış olduğunu söyləyib: “2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında 2-ci yeri tutmuşdum. Bu dəfə isə qızıl medal qazandım. Çox sevinirəm. Rəqiblərimin hamısı güclü idi. Onlarla bundan əvvəl də qarşılaşmışdım”.

Finalda Türkiyə təmsilçisi Bəkir Özlüyə qalib gələn cüdoçumuz onunla iki həftə əvvəl də qarşılaşdığını vurğulayıb: “Finalda görüşdüyüm türkiyəli cüdoçu ilə indiyə qədər 3 dəfə qarşı-qarşıya gəlmişik. Bunların birində o, ikisində isə mən qələbə qazanmışdım. İki həftə əvvəl onu Avropa çempionatında çətinlik çəkmədən məğlub etmişdim. Bu dəfə o, görüşə tam başqa cür çıxmışdı. Ona görə də finalda mənə bir az çətin oldu. Həlledici görüşdə məndə arxayınlıq yox idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail