Çempionumuzdan qızıl medal şərhi: "Biz İslamiadaya görə müsəlmanlıq göstərmirik"

14.05.2017 | 4132 dəfə oxunub

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarında ölkəmizin aktivinə daha bir qızıl medal qazanılıb. Stadium.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Məmmədəli Mehdiyev jurnalistlərin suallarını cavablandırıb: 

"Finalda qalib gəldiyim əlcəzairli Abderrahman Benamadi ilə indiyə kimi 4 dəfə üz-üzə gəlmişdik. Sonuncu dəfə də mən qalib olmuşdum. 

Mənim üçün prinsipial duel idi. Mütləq qalib gəlməli idim. Həm də doğma divarlar arasında döşək üzərinə çıxmışdım. Şükürlər olsun ki, qalib gəldim. Bəziləri məni istəmirdi. Müəllimlərin istəyiylə mən döyüşdüm və qalib gəldim. Məni istəməyənlərə isə sözüm "Allah canınızı sağ etsin" olacaq. 

Bu yarışda əsas məsələ pul mükafatını əldə etmək yox, bayrağımızı dalğalandırmaq idi. Bunu da bacardım. Pul məni heç vaxt səhv yola sala bilməz. Mən o idmançılardan deyiləm.

Biz İslamiadaya görə müsəlmanlıq göstərmirik. Şükürlər olsun ki, biz elə müsəlman doğulmuşuq. Hər zaman da bununla fəxr etmişik və bunu islamı östərməyə çalışmışıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail