İslamiada: Cüdo millimiz komanda yarışında çempion oldu - YENİLƏNİB

15.05.2017 | 5181 dəfə oxunub

Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarına yekun vurulacaq. Stadium.Az xəbər verir ki, bu növ üzrə mübarizənin son günündə komanda yarışlarında mükafatçılar bəlli olacaq.

Həm kişi, həm qadın yığmaları ən güclünü müəyyənləşdirəcək.

Kişilər

Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauridən (+100 kq) ibarət komandamız mübarizəyə 1/8 finaldan başlayıb. Yığmamız Qırğızıstanı 5:0 hesabı ilə məğlub edib.

1/4 finalda rəqib ilk mərhələdən azad olan Türkiyə millisi olub. Rüfət, Məmmədəli və Uşanqi rəqiblərinə qalib gəldiklərindən, digər cüdoçuların tatamiyə çıxmalarına ehtiyac qalmayıb. Nəticədə asan qələbə qazanan komandamız yarımfinalda Özbəkistana rəqib olub.

Millimiz asiyalılarla qarşılaşmada da rəqibindən güclü olub - 4:1. Rüfətin uduzduğu dueldə Məmmədəli, Elxan, Nicat və Rüstəm qalib gəlib. Yığmamız bu qələbə sayəsində finala yüksəlib.

Həlledici görüşdə komandamız Əlcəzairlə üz-üzə gəlib. İlk olaraq Nicat Şıxəlizadə komandamızın aktivinə qələbə yazdırıb. Rüfət İsmayılovun isə rəqibi olmadığından, o, avtomatik qalib elan edilib. Bununla belə, Rüstəm Orucovla Məmmədəli Mehdiyev rəqiblərinə yenildiklərindən ümumi hesab bərabərləşib.

Belədə bütün ümidlər Uşanqi Kokauriyə bağlanıb. Rəqibi üzərində vaxtından əvvəl qələbə çalan Kakauri millimizə qızıl medal qazandırıb.

Bürünc medal uğrunda isə iki görüş baş tutub. Özbəkistan Səudiyyə Ərəbistanına (4:1), Türkiyə isə Qazaxıstana (3:2) qalib gələrək, yarışı 3-cü pillədə tamamlayıblar.

Qadınlar

Azərbaycan millisi B qrupunda ilk görüşünü Özbəkistana qarşı keçirib. Komandamızın heyətində Nəzakət Əzizova (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerska (+70 kq) mübarizə aparıblar. Xanım Hüseynova və Gülsədəf Kərimova rəqiblərinə yenilsələr də, digər cüdoçularımızın qələbəsi yığmamıza 3:2 hesablı qalibiyyət qazandırıb.

Yarışa cəmi 5 komanda qatıldığından, komandamız bir qələbə ilə finala yüksəlib. Həlledici görüşdə millimizin rəqibi Türkiyə olub. Lakin bu dəfə qonşu ölkə idmançıları güclü olublar. Cüdoçularımız Purevsuren Buyanxişiq (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerska (+70 kq) müvafiq olaraq, Dilara Lokmanhekim, Nazlıcan Özərlər, Büşra Katipoglu, Şükran Bakacak və Kayra Sayıta yeniliblər. Bununla da, qadınlarımız "gümüş"lə kifayətləniblər.

Bürünc medala isə Əlcəzairi 3:2 hesabı ilə məğlub edən Özbəkistan idmançıları layiq görülüblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail