Orxan Səfərov dünya çempionatında ikinci oldu

28.08.2017 | 5035 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib. Stadium.Az xəbər verir ki, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb.

O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz 49 saniyəyə rəqibini üstələyib.

1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu 30 saniyəyə məğlub edən  yarımfinala vəsiqə uğrunda görüşdə qazaxıstanlı Eldost Smetovla qarşılaşıb. Orxan bu rəqibinə də vaxtından əvvəl qalib gələrək yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız finala yüksəlib.

Orxanın həlledici qarşılaşmada rəqibi yaponiyalı Noişa Takato olub. Bu görüşdə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.

Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popla qarşılaşıb. İdmançımız ilk görüçündəcə uduzub.

48 kq çəkidə digər təmsilçimiz Leyla Əliyeva da uğursuz çıxış edib. O, 1/16 finalda yaponiyalı Funa Tanakeyə uduzub.
 
Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail