Cüdoçularımızdan Avropa çempionatının ilk günündə 6 medal

16.09.2017 | 5552 dəfə oxunub

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib. Stadium.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 13 üzvü tatami üzərinə çıxıb. Yığmamız böyük uğur qazanaraq aktivinə 6 medal yazdırıb.

Ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq) və Hidayət Heydərov (73 kq) bütün rəqiblərindən üstün olaraq Avropa çempionatının qızıl medallarına sahib olublar.

Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyev (73 kq) yalnız finalda rəqiblərinə üstünlüyü əldən verərək gümüş medalla kifayətləniblər.

Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə çempionatın bürünc medallarını qazanıblar. 

Bununla da, Avropa çempionatının ilk günündə 6 medal – 2 qızıl, 2 gümüş və 2 bürünc qazanan millimiz mötəbər turnirin ilk pilləsində qərarlaşıb.

41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail