Gənc cüdoçularımızdan dünya birinciliyində fantastik nəticə

21.10.2017 | 8710 dəfə oxunub

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb.

Stadium.Az xəbər verir ki, mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin rəqibi Ermənistan əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.

Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə edib.

83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail