Rövnəq Abdullayev cüdo millisinin üzvləriylə görüşüb

14.09.2018 | 3870 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Stadium.Az xəbər verir ki, tədbirdə əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Natiq Bağırov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.

Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb. 

Öz növbəsində, R.Abdullayev dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, dünya çempionatı kimi nüfuzlu yarışın Azərbaycana həvalə olunması bunun bariz nümunəsidir. ACF prezidenti cüdoçulara dünya çempionatında uğurlar arzulayıb. Görüşdə federasiyanın vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, həmçinin, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev iştirak edib.

Dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ