Azərbaycan cüdoçuları Təl-Əviv Qran-prisində qızıl və bürünc medal qazanıblar

27.01.2019 | 6782 dəfə oxunub

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycan idmançıları qızıl və bürünc medal qazanıblar.

Stadium.Az xəbər verir ki, yarışda Azərbaycanı 90 kq. çəki dərəcəsində təmsil edən Məmmədəli Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub.

Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medal uğrunda görüşdə estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib və medala sahib çıxıb.

Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmada İsrail təmsilçisi Sasson Ora məğlub olaraq 5-ci yeri tutub.

Qadınların yarışında mübarizə aparan İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda görüşdə ukraynalı Yelizaveta Kalaninadan üstün olaraq birinci yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail