3 cüdoçumuz bürünc medal qazandı

25.06.2019 | 7473 dəfə oxunub

Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdoçuların mübarizəsi davam edir. Stadium.Az xəbər verir ki, üçüncü yarış günündə daha 5 idmançımız tatami üzərinə çıxıb.

Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyevin 1/8 finaldakı rəqibi Aurilyena Disse (Fransa) də məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə isə türkiyəli Mikayıl Özerlərinə məğlub olub. Təsəlliverici qarşılaşmada isveçrəli Siril Qrossklausu məyus edən Mehdiyev bürünc medal uğrunda yarışıb. O,Vant end Noeli (Hollandiya) məğlub edib.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinə qalib gəlib. O, 1/4 finalda fransalı Cyrille Maretə uduzub. O, təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi məğlub edib və bürünc medal uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçlə qarşılaşıb və rəqibinə ipponla qalib gəlib .

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. O, bu mərhələdəki rəqibi Toma Nikiforova (Belçika) uduzub.

Uşanqi Kokauri (100+) isə 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub. İdmançımız bürünc medal uğrunda avstriyalı Ştefan Xedyi ilə qarşılaşıb və məğlub olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail