Rüstəm Orucov məğlub olmasından danışıb

28.06.2019 | 6755 dəfə oxunub

"Finaldakı rəqibimi 5 dəfə məğlub etmişəm. Lakin bu yarışda bir balaca texniki səhv ucbatından qızıl əldən getdi".

Stadium.Az xəbər verir ki, bunu II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində ikinci yeri tutan cüdoçu Rüstəm Orucov deyib.

28 yaşlı idmançının sözlərinə görə, finala gedən yolda monakolu Sedrik Bessini, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazileni, Ermənistan təmsilçisi Ferdinand Karapetyanı və yunan Georgios Azoidisi məğlubiyyətə uğradıb.

Azərbaycanın "Minsk 2019"dakı bayraqdarı finaldakı rəqibini çox yaxşı tanıdığını deyib:

"Finaldakı isveçli rəqibimi çox yaxşı tanıyırdım. Ani texniki bir səhv məğlub olmağıma səbəb oldu. Əlbəttə çempion olmağıma çox istəkli idim. Çünki növbəti Avropa Oyunlarında iştirak edib-etməyəcəyim sual altındadır. İkiqat Avropa çempionu olmaq istəyirdim. Eybi yox, gələn il baş tutacaq növbəti Avropa çempiontında qızıl götürərəm".

Rüstəm Orucov bildirib ki, qarşıda dünya çempionatı gəlir və bütün fikirlərini artıq bu mötəbər turnirə yönəldəcək:

"İndi bizə 1 həftə istirahət veriblər. Düzü zədəm var, qabırğam qırılıb. Bu zədəni sağaldan kimi başlayacağam gərgin məşqlərə".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail