Böyük Dəbilqə: Daha bir cüdoçumuz medal qazandı

27.03.2021 | 4188 dəfə oxunub

Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

Stadium.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Antuan Valya-Fortye (Kanada) ilə üz-üzə gəlməli idi.

Rəqib görüşə çıxmadığı üçün Fətiyev qalib elan olunub. İlk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib. Onun da rəqibi qarşılaşmaya çıxmamışdı.

Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

14:49

Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

Stadium.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Portuqaliyanı təmsil edən Anri Egutidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Fətiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Yarışa 1/32 finalda başlayan cüdoçu ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Abdelrahman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Toto Grigalaşvili (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

81 kq-dakı digər cüdoçu Zelim Tskayev 1/32 finalda Kenni Bedelə qalib gəlib, növbəti raundda isə Dorin Qotonoaqaya (Moldova) uduzub.

İlk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail