Böyük Dəbilqə: Erməni idmançı cüdoçumuzla görüşə çıxmadı

03.04.2021 | 4009 dəfə oxunub

Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Stadium.Az xəbər verir ki, Rusiya təmsilçisi David Karapetyan 81 kq çəki dərəcəsində Fətiyevlə təsəlliverici qarşılaşmaya çıxmaqdan imtina edib. Buna erməni əsilli idmançının əvvəlki görüşdə zədələnməsi səbəb olub.

Fətiyev 1/16 finalda Damian Stepiyen (Polşa), ardınca isə Din Gemeri (İsrail) yarışdan kənarlaşdırsa da, 1/4 finalda Vedat Albayraka (Türkiyə) məğlub olub. O, üçüncü yer uğrunda Antonio Esposito ilə qarşılaşacaq.

Eyni çəkidəki Zelim Tçkayev 1/32 finalda Fetra Ratsimizivaya (Madaqaskar), 1/16 finalda isə Adnan Kılıca (Türkiyə) qalib gəldiyi halda, 1/8 finalda Məhəmməd Abdelal (Misir) ilə bacarmayıb.

Qadınların yarışında 70 kq-da Günel Həsənli 1/16 finalda Mariya Bernabeu (İspaniya) ilə dueldən məğlub ayrılıb.

İlk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail