Azərbaycan AÇ-ni 2 medalla başa vurdu

19.04.2021 | 4372 dəfə oxunub

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş Avropa çempionatına yekun vurulub. Stadium.Az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparıb.

100 kq çəki dərəcəsində Zelim Kotsoyev və Elmar Qasımovun ilk görüşü 1/16 finala təsadüf edib. Elmar startda Toma Nikiforova (Belçika) uduzaraq, mübarizəni erkən dayandırıb.

Zelim isə Aaron Fara (Avstriya) ilə dueldən qalib ayrılıb. O, növbəti mərhələdə Zombor Veq (Macarıstan) üzərində də qələbə qazanmaqla, 1/4 finala yüksəlib. Bu mərhələdə idmançımız gürcüstanlı İlia Sulamanidzeyə uduzaraq, təsəlliverici görüşlərə qatılıb. Bürünc medal uğrunda mübarizədə öncə fransız Kiril Maret, ardından rusiyalı Niyaz İlyasova qalib gələn Kotsoyev fəxri kürsüyə yüksəlib. 

+ 100 kq çəkidə Uşangi Kokauri mübarizəyə 1/8 finaldan başlayıb. Lakin o, Avstriya cüdoçusu Daniel Allerstorferlə dueldən məğlub ayrılıb.

Yeganə qadın cüdoçumuz İrina Kindzerska (78 kq)  isə 1/8 finalda Lea Fonteynə uduzub.

Azərbaycanın Portuqaliyada qazancı 2 bürünc medal olub. Belə ki, Kotsoyevdən öncə Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail