Ən yaxşılara nə vaxt mükafatları veriləcək?

16.04.2014 | 3827 dəfə oxunub

Futbol üzrə Topaz Premyer Liqasında “ayın futbolçusu” və “ayın qolu” mükafatlarının təqdimetmə mərasiminin vaxtı və yeri müəyyənləşib. Stadium.az xəbər verir ki, tədbir aprelin 17-də “Fairmont” otelində baş tutacaq.
 
Saat 12:00-da başlanacaq mərasimdə birdən-birə 3 ayın ən yaxşıları Peşəkar Futbol Liqası (PFL) və Premyer Liqanın baş sponsoru “Topaz”ın mükafatları ilə təltif olunacaq. Tədbirə PFL və Topaz rəhbərliyi, o cümlədən, mərc oyunlarının təşkili ilə məşğul olan “İnteltek” şirkətinin baş müdiri Ahmet Sezer də qatılacaq. Topaz Premyer Liqasında ayın ən yaxşıları uzun müddət mükafatsız qalıb. Sonuncu dəfə bu tədbir ötən il dekabrın 13-də baş tutub. Həmin vaxt noyabrın ən yaxşı futbolçusu və ən yaxşı qolunun mükafatı verilib. Dekabrın, eləcə də bu ilin fevral və mart aylarının ən yaxşıları isə indiyədək təltif olunmamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail