Böyükağa Hacıyev: "Lazım olsa, cavab oyununda 5 hücumçu ilə oynayacam"

16.04.2014 | 4648 dəfə oxunub

"Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Rəvan”la bacarmadı. Stadium.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan oyunun son saniyələrində qonaqlar qol vuraraq məğlubiyyətdən qaçdı. Bu uğursuz oyunu baş məşqçi Böyükağa Hacıyev belə dəyərləndirdi: “Gərgin oyun yox idi. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Kubok iki oyundan ibarətdir. Cavab oyununda bütün suallara aydınlıq gətirəcəyik. Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq “Neftçi” qələbəyə oynayacaq. Erik Ramosun yoxluğunu əvəz edə bilmədik. “Rəvan” cavab oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5 hücumçu ilə oynayacam. Komandanın fiziki hazırlığına ispaniyalı məşqçi cavabdehdir. Komandada arxayınlıq var idi, klub daxilində bu məsələni müzakirə edəcəyik. Cavid İmamverdiyev təkbətək epizodda fərqlənə bilmədi. Bir hücumçu ilə qalmışıq. Rauf Cabbarovun hakimlik etməsinə “Rəvan” etiraz edirdi. Amma Rauf Cabbarov elə “Rəvan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi. Hakimlikdən nə qədər danışacağıq? Ən yaxşısı – susmaqdır. “Rəvan”ı keçməmək mənim üçün faciə sayılacaq. Azərbaycan kubokunun finalına çıxmalıyıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail