"Qarabağ" rəsmisi Mustafa Dənizlini sərt tənqid etdi

17.04.2014 | 7669 dəfə oxunub

"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov şəxsi "facebook" səhifəsində maraqlı yazı paylaşıb. Stadium.az həmin yazını tənqid edir:

Fatih Terimdən daha üstün, daha başarılı saydığım Mustafa Dənizli «F+»ə «Neftçi» və «Qarabağ»ın superliqada heç ilk «6»lığa düşə bilməyəcəyini, «Qarabağ»ı isə 15-ci yerdə gedən «Elazığspor»la müqayisə edib. Hocam, bu sənin şəxsi düşüncəndi amma əmin ol ki, sənin «Elazığspor»un İtaliyada «İnter»lə 2:2 oynasaydı və ya 10 yerli futbolçuyla «Rusenborq»u sıradan çıxarsaydı vallah o zaman «Elazığspor»u «Real»la, «Barselona», «M.Y.» ilə müqayisə edərdiniz. Məşqçiləriniz xalq qəhrəmanı, komandanıza isə..

«Xəzər-Lənkəran» kimi ölkənin ən böyük futbol camiəsi olan klub elə bu heyətlə, elə yerli stadionu doldurmaqla belə inandırım sizi «Elazığspor»dan daha yaxşı çıxış edər. Əminəm buna..

Bugun «Neftçi» və «Qarabağ» superliqada bu heyətlə amma heç demirəm 15 min insan qarşısında oynasa nəinki «6»lığa hətta ilk «3»lük üçün mübarizə aparar.
Amma, bu da var ki, nə qədər insanımız UEFA-n
ın rəsmən cəzalandırdığı (!), sağlam rəqabətə çoxdan tüpürən (!!) “Qalatasaray», “Fənərbaxça», «Beşiktaş»ı özünküləşdirəcək, onları rənginə tutulub əvəzində öz komandalarımızın uğurlarına «alqı-satqı» və başqa damğa vuracaq biz də «Elazığspor»la müqayisə olunacağıq.

Bilirsiz niyə çempionluq üçün mübarizə apara bilməz? Çünki UEFA cəzalalandırdığı (bu qurum əlində dəqiq dəlil olmasa) bu klublar dirəniblərsə ki, tərtəmizik bizimkilərin orda hətta «Bavariya»nında da çempion olmaq şansı yoxdu.

P.S. «Qarabağ»ın «Tvente» ilə Bakıdakı oyundan sonra holland jurnalistlərdən biri dedi ki, bu komanda Hollandiya erediviziyasında ilk «5» üçün mübarizə aparacaq gücdədir. Bunu eşidən yetərincə məşhur jurnalistimiz dedi ki, «Bunun futboldan baş çıxmır ki?»

P.P.S. Görəsən, «Elazığspor» Hollandiyada neçənci yeri tutar?

Nurlan İbrahimov. "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail