"Neftçi" bizdən qisas almağa çalışacaq" MÜSAHİBƏ

18.04.2014 | 4511 dəfə oxunub

"Sumqayıt"ın hücumçusu Tarzin Cahangirov Stadium.az-a müsahibə verib

- Qarşıdakı turda “Neftçi”  ilə oynayacaqsız. Bu oyun haqda hansı fikirdəsən?

- Ötən turda qələbə qazandıq. Biz də bilirik ki, “Neftçi” səfəri bizim üçün çox çətin olacaq. Ancaq hər şeyi də yaxşı başa düşürük. Bu matça yüksək əhval-ruhiyyədə çıxacağıq. İnanırsız, Azərbaycanda çox komandada olmayan özünəinam bizdədi. İnanırıq ki, bu matçda ən azından 1 xal qazana bilərik. “Neftçi” kuboku da nəzərə alsaq, yaxşı təsir bağışlamır. Biz də bundan istifadə etməyə çalışacağıq.

- “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlmişdiz və demək olar ki, onlara çempionluq yolunda “badalaq” vura bilmişdiz. Düşünmürsən ki, həmin qələbədən sonra “Neftçi” sizinlə oyuna daha ciddi hazırlaşacaq?
- 100 % bilirik ki, “Neftçi” bu oyuna çox ciddi yanaır. Loru dildə desək, bizdən qisas almağa çalışacaq. Amma bu onlar üçün elə də asan olmayacaq.

- “Neftçi” ölkə kubokunda “Rəvan”a da qalib gələ bilmədi. Bunun acığını sizdən çıxmazlar ki?
- Bəzən olur ki, acıq çıxmaq istəyirsən, amma onun tam əksi olur. Niyə də bu oyunda belə olmasın?

- Yəni deyirsən, “Neftçi”yə qalib gələ bilərsiz?
- Həyatda hər şey mümkündü. Əsas olan odur ki, istəyəsən.

- Premyer Liqada qalmaq uğrunda əsas rəqibiniz “Rəvan”dı. Ölkə kubokunda uğurlu çıxış etdilər. Onları keçə biləcəksiz?
- Dünya futbolunda da şahid olduğumuz bir şeydi bu. Yəni elə komanda var ki, çempionatda yaxşı təsir bağışlayır ölkə kubokunda oynaya bilmir. Bunun əksi də olur. Sözümün canı odu ki, “Rəvan” kubokda göstərdiyi oyunu çempionatda görsədə bilmir. Məncə biz daha yaxşı oynayırıq.

- Səncə, mövsüm sonunda Premyer Liqada hansı komanda qalacaq? “Rəvan” yoxsa, “Sumqayıt”?
- “Sumqayıt” Premyer Liqada qalmağa layiqdi. Bunu tək mən yox, futbolsevərlər deyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail