"Rəvan" Kurtarı qovur? Klubdan rəsmi açıqlama gəldi

18.04.2014 | 4747 dəfə oxunub

Yayılan son məlumatda "Rəvan" klubunun türkiyəli baş məşqçisi Güvənc Kurtarı qovma ehtimalının olması bildirilir. Bu barədə Stadium.az saytında da xəbər yer almışdı. İş ondadır ki, əgər "Rəvan" klubu ölkə kubokunu qazanaraq Avrokuboklara vəsiqə qazanmasa, Kurtar qovulacaq. Məsələyə aydınlıq gətirmək üçün "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyevlə əlaqə saxladıq: "Biz Güvənc Kurtarı komandaya gətirəndə turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyildi. Buna görə də, çempionatda Kurtardan nəsə tələb etməyimiz dszgün olmazdı. Buna baxmayaraq, biz kubokda iddialıyıq. "Bakı"nı da mübarizədən kənarlaşdırmaqla bunu sübut etdik. İndiki zamanda Güvənc Kurtarın qovulmasından söhbət gedə bilməz. Bizim onunla hələ qışa qədər müqaviləmiz var. Ən pis halda ona kimi Kurtar baş məşqçi olacaq. Yarımfinalda ilk oyunda səfərdə "Neftçi"ylə qollu heç-heçə etdik. İndi şans da bizim tərəfimizdədir. Komandamızın da çıxışını normal qiymətləndiririk. Kurtarı qovmaqdan söhbət getmir". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail