Berti Foqts: "Mən də Almaniya millisində çıxış edəndə himni oxumamışam"

21.08.2014 | 3722 dəfə oxunub

Ötən gün Azərbaycan millisi "Bakcell Arena"da Özbəkistan seçmə komandasıyla yoldaşlıq oyununda üz-üzə gəldi. Stadium.az xəbər verir ki, qolsuz bitən qarşılaşmadan sonra millimizin baş məşqçisi Berti Foqts jurnalistlərin sualların cavablandırıb:

- Çox şadam ki, oyun baş tutdu. Bu oyundan razı qala bilmərəm. Rəqibin fiziki durumu daha yaxşı idi. Mənim oyunçularımda yorğunluq hiss olunurdu. Buna görə də bu oyunu oynamağımız vacib idi. Çoxlu səhvlər gördüm. Bunların üzərində çalışacağıq. Bəzi anlarda qol epizodlarımız oldu. Ancaq qol vurmaq istəyini görmədim.

- Yoxladığınız futbolçuların hansından razı qaldız?

- Oyunun gedişindən narazıyam. Belə oyundan sonra hansısa futbolçudan razı qala bilmərəm.

- Dmitri Nazarov bu gün elə də yaxşı təsir bağışlamadı. Onu kiminlə əvəzləmək istəyirsiz?

- Ayın 12-də Rusiyaya qarşı oynayacağıq. Hansısa futbolçunu mətbuat vasitəsilə tənqid etmək istəmirəm. Hamısı ilə təkbətək söhbət edəcəm.

- Bu gün milliləşdirilmiş futbolçular Özbəkistanın ikinci heyəti ilə bacarmadı. Onları bura dəvət etməklə Avropaya bildirmək istəyirsiz ki, bizdə də legionerlər var?

- Mənim elə bir məqsədim yoxdu. Bu diskussiyanı başlamayın. Obyektiv olmaq lazımdı. Sizi başa düşürəm. Belə oyunda futbolçuları sınaqdan keçirməliyəm.

- Bu gün "Qarabağ" və "Neftçi"nin oyunçuları olmadı. Rusiya ilə oyunda da onları çağırmayacaqsız?

- Sözsüz ki, o komandaların da futbolçularını sınaqdan keçirəcəm. Həmin klublar avrokuboklarda mübarizə aparırlar. Onların futbolçularının yaxşı təcrübələri var.

- Bu gün "Neftçi" və "Qarabağ"ın hansı futbolçusunun yoxluğunu hiss etdiz?

- Onların yoxluğunu hiss etmədim.

- Rüfət Dadaşov 90 dəqiqə ərzində heç nə ilə yadda qalmadı. Onun yerinə Kiyan Sultanpuru nə yaxşı meydana buraxmadız?

- Mən yalnız 6 oyunçu dəyişə bilərdim.

- Bu gün meydanda olan futbolçjlardan cəmi 4-ü dövlət himnini oxudu. Buna münasibətiniz necədi?

- Mən də Almaniya millisində çıxış edəndə himni oxumamışam. Bu o demək deyil ki, mən pis insanam. Dünya çempionu olan Almaniya millisində Braziliyada 5 futbolçu Almaniya himnin oxumurdu. Onlar pis oynayırdı ki? Himn oxuyub meydanda can qoymayan futbolçudansa, milliyə himn oxumayıb can yandıran futbolçu lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail