“Tvente”nin baş məşqçisi: “Bu hesab bizim üçün çox yaxşıdır”

21.08.2014 | 3959 dəfə oxunub

Avropa Liqasının “play off” oyununda “Qarabağ” “Tvente”ylə ilk görüşdə qolsuz bərbaərliyə razı oldu. Stadium.az xəbər verir ki, oyunsonrası təşkil olunan mətbuat konfransında “Tvente”nin baş məşqçisi Alfred Şreyder jurnalistlərin sualların cavablandırdı:

- Oyunun bu cür olacağın gözləyirdik. Oyun çox maraqlı keçdi. Bu nəticə bizi qane edir. “Qarabağ” hesabı aça bilərdi. Biz çox gözəl müdafiə olunduq. “Zalsburq”la oyunlarına baxmışdıq. O oyuna görə öz oyunumuzu qurmuşduq.

- Hesabın 0:0 olması kimin xeyrinədi?

- Bu hesab bizim üçün çox yaxşıdır. Biz risk etmədik. Amma yaxşıda olsa qorxulu hesabdır.

- Müdafiəyə çox qapalı futbol oynadı. Cavab oyununda da bu taktikaya sadiq qalacaqsız?

- O barədə hələ heç nə deməyəcəm. Kimə maraqlı olsa gəlib baxarsız?

- Niyə kobud oyuna üstünlük verirdiz?

- Elə bir tapşırıq olmamışdı. “Qarabağ”a görə oyunumuzu qurduq. “Qarabağ” kobud oynadı.

- Meydan yaxşı deyildi deyə “Qarabağ” oyunun oynamadı. Bu, sizin işinizə yaradı?

- Düz deyirsiz, onların oyununa mane oldu. Amma bizdə çətinlik çəkdik. Bunu bilirdik. Daha əvvəlki iki oyuna baxmışdıq və bilirdik vəziyyət necə olacaqdı.

- O vaxtkı “Qarabağ”la indiki arasında fərq vardı?

- O vaxtkı komandayla indiki arasında fərq çoxdu. Yeni futbolçular gəlib. Büdcələri artır.  

- “Zalburq” “Qarabağ”la sürətli futbol oynadı və uduzdu. Siz buna görə bundan qaçdız?

- Demək istəyirəm ki, “Qarabağ” da elə oynamadı. Rəqibə görə oyunumuzu qurduq. Meydanda hər iki komandaya futbol oynamağa mane olurdu.

- “Tvente” o vaxt “Qarabağ”la oyundan sonra Vaqif Cavadovu almışdı. Bu dəfə belə fikriniz var?

- Yox, belə bir fikrimiz yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail