Tahir Gözəl: "Sadəcə bəxtimiz gətirmədi"
"Tvente" Hollandiyanın ən güclü klublarından biridir. Buna baxmayaraq, oyun ərzində topa biz nəzarət edirdik. Yaxşı qol imkanlarımız oldu. Sadəcə bəxtimiz gətirmədi".
Stadium.az xəbər verir ki, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə ilk oyununu (0:0) şərh edərkən deyib.
T.Gözəl "Qarabağ"ın qrup mərhələsinə düşmək şansının daha çox olduğunu bildirib: "Qarabağ" günü-gündən Azərbaycanı şərəfləndirir. Oyundan sonra futbolçulara dedim ki, hələ işimiz bitməyib. Rəqib komandanın oyununa nəzərən deyə bilərəm ki, "Tvente" səddini keçə bilərik. Əsas odur ki, bu psixoloji gərginliyi başımızdan ataq və oyuna köklənək.
"Qarabağ"ın mərhələ keçmək şansı daha çoxdur. Hər şey özümüzdən asılıdır. Səfərdə bir qədər çətin ola bilər. Çünki azarkeş dəstəyimiz olmayacaq. Bu oyunda azarkeşlərimiz möhtəşəm idilər. İlk dəfə idi ki, Azərbaycanda bu qədər azarkeş görürdüm. Avropada yaşayan azərbaycanlılara müraciət edərək deyirəm ki, səfər matçında bizə dəstək olsunlar. Qəlbimiz Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi "Neftçi" klubu ilə birgədir. İstəyirik ki, hər iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın".
Bu komandalar arasında cavab oyunu avqustun 28-də, Hollandiyada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. (qol.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |