Sadıq Sadıqov Rövnəq Abdullayevi təbrik etdi

20.09.2014 | 3564 dəfə oxunub

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov Bakının "Avro-2020"nin 4 oyununa ev sahibliyi edəcək şəhərlərdən biri kimi təsdiqlənməsi münasibətilə AFFA-nın prezidenti Rövnəq Abdullayevi təbrik edib. 

Stadium.Az xəbər verir ki, Sadıqov bu hadisənin Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazılacağını bildirib:

Təbrikdə deyilir: "Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəaları rəhbərlik etdiyiniz AFFA tərəfindən uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq Azərbaycan futbol ictimaiyyəti daha bir tarixi nailiyyətə sevindi. 

Bakının adı 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər siyahısında səsləndirildi. Təbii ki, bu hadisə Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazılacaq. İnanırıq ki, sizin rəhbərliyiniz altında qitə miqyaslı yarış uğurla keçiriləcək və Azərbaycan təşkilatçılıq sahəsində daha bir örnək verəcəkdir. Bu tarixi nailiyyətin qazanılması münasibəti ilə sizi bir daha səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail